ANADANGƏLMƏ DİAFRAQMA YIRTIQLARININ EPİDEMİOLOGİYASI VƏ BU XƏSTƏLİK ZAMANI ORQANİZMİN DİGƏR ORQAN VƏ SİSTEMLƏRİNDƏ BAŞ VERƏN DƏYİŞİKLİKLƏRƏ DAİR MƏSƏLƏLƏRƏ MÜASİR YANAŞMALAR

Авторы

  • F.R. Hüseynov Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun

DOI:

https://doi.org/10.34921/amj.2023.4.001

Ключевые слова:

anadangəlmə diafraqma yırtıqları, diafraqma zədələri, ağciyər hipoplaziyası, ağciyər hipertenziyası, ölüm

Аннотация

Məqalə anadangəlmə diafraqma yırtıqlarının yayılması, diaqnostika üsulları, klinikası və bu patologiya zamanı orqanizmin digər orqanlarında baş verən dəyişikliklər haqqında müasir ədəbiyyat məlumatlarının təhlilinə həsr edilmişdir. Anadangəlmə diafraqma yırtığı, diafraqmanın qüsuru ilə xarakterizə edilən, qarın boşluğu orqanlarının döş qəfəsinə keçməsinə səbəb olan və bununla da ağciyərlərin normal inkişafını pozan anatomik qüsurdur. Patologiya yerli xəstəlik və ya sindrom kimi təzahür edə bilər. Yayılma səviyyəsi müxtəlif ölkələrdə fərqli ola bilər və müəyyən bir əhali qrupuna mənsubiyyətdən asılıdır. İnkişaf etməmiş ölkələrdə xəstələr arasında kişilər bir qədər üstünlük təşkil edir və xəstəliyin təcrid olunmuş formasına daha az rast gəlinir. Konservativ və cərrahi müalicədə irəliləyişlərə baxmayaraq, xəstələnmə və ölüm nisbətləri yüksək olaraq qalır. Bu patologiyası olan yenidoğulmuşlar, xəstəxanada uzun müddət qalmaları fonunda, xəstəxanadan çıxdıqdan sonra bütün reabilitasiya dövründə onların idarə edilməsinə fənlərarası yanaşma tələb olunur.

Downloads

Download data is not yet available.

Опубликован

2023-12-20

How to Cite

Hüseynov, F. (2023). ANADANGƏLMƏ DİAFRAQMA YIRTIQLARININ EPİDEMİOLOGİYASI VƏ BU XƏSTƏLİK ZAMANI ORQANİZMİN DİGƏR ORQAN VƏ SİSTEMLƏRİNDƏ BAŞ VERƏN DƏYİŞİKLİKLƏRƏ DAİR MƏSƏLƏLƏRƏ MÜASİR YANAŞMALAR. Azərbaycan Tibb Jurnalı, (4), 5–12. https://doi.org/10.34921/amj.2023.4.001

Выпуск

Раздел

BAŞ MƏQALƏ