SİDİKLİK-UŞAQLIQ YOLU FİSTULLARININ CƏRRAHİ MÜALİCƏSİNƏ YENİ YANAŞMA

Müəlliflər

  • Ə.A. Bağışov Azərbaycan Tibb Universitetinin

DOI

https://doi.org/10.34921/amj.2023.4.025

Açar sözlər

sidiklik-uşaqlıq yolu fistulu, fistuloplastika, “dayaq tikişlər”

Xülasə

Məqalədə sidiklik-uşaqlıq yolu fistulu olan 221 xəstənin cərrahi müaləcəsinin nəticələrinin təhlili verilmişdir. Xəstələrin yaşı 17 ilə 57 arasında dəyişmiş, orta yaş isə 32 olmuşdur. Xəstəliyin müddəti 2-3 aydan 31 ilə qədər davam etmişdir. Sidikliyin zədələnməsinin etioloji faktorlarını mamalıq travmaları (45,5%), ginekoloji əməliyyatlar ( 55,8%), məişət travması (0,2%), avtotravmalar (0,2%) təşkil etmişdir. 123 xəstəyə transvaginal, 76 xəstəyə transvezikal, 16 xəstəyə transabdominal, 2 xəstədə kombinə edilmiş – transveziko-vaginal yolla fistuloplastika icra edilmişdir. 17 xəstə klinikaya residiv fistulla daxil olmuşdur. Əməliyyat taktikası sidiklik və uşaqlıq yolu divarlarının bir-birinə sıx yaxınlaşmasını tam təmin edən 3-sıralı tikişlərin qoyulmasından və müəllif tərəfindən təklif edilən fistul divarında tədricən kəsik aparmaqla tikişlərin qoyulmasından ibarət olmuşdur. Müəllifin fikrincə, bu üsulu tətbiq etməklə, residivlərin əsas səbəbi olan yara bucaqlarının qaçmasınin qarşısı alınır və fistuloplastikanın nəticəsi bu tikişlərdən asılıdır. Həmin tikişlər müəllif tərəfindən əsas və ya “dayaq tikişlər” adlandırılmışdır. İcra edilən fistuloplastika əməliyyatlarının hamısı uğurlu olmuş və 100% sağalma müşahidə edilmişdur. Uğurlu nəticələrin alınmasinda müasir tikiş materiallarının mühüm rolu olduğu qeyd edlilir.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2023-12-20

Necə istinad edilir

Bağışov, Ə.A. (2023). SİDİKLİK-UŞAQLIQ YOLU FİSTULLARININ CƏRRAHİ MÜALİCƏSİNƏ YENİ YANAŞMA. Azərbaycan Tibb Jurnalı, (4), 176–180. https://doi.org/10.34921/amj.2023.4.025

Nömrə

Bölmə

PRAKTİK HƏKİMƏ KÖMƏK