KOLONOSKOPİYA ZAMANI AŞKAR EDİLƏN POLİPLƏRİN SONOQRAFİK XÜSUSİYYƏTLƏRİ

Авторы

  • R.Y. Abdullayev Xarkov Milli Tibb Universitetinin
  • O.V. Şerbina P.L.Şupik adına Milli Səhiyyə Universitetinin
  • O.V. Koval P.L.Şupik adına Milli Səhiyyə Universitetinin
  • P.A. Korol P.L.Şupik adına Milli Səhiyyə Universitetinin
  • V.V. Vyun Xarkov Milli Tibb Universitetinin
  • F.İ. Kulikova Dnipro Dövlət Tibb Universiteti
  • T.A. Dudnik Ukrayna Tibbi Stomatologiya İnstitutunun
  • A.Q. Kiriçenko Ukrayna Səhiyyə Nazirliyinin Tibbi və Sosial Əlillik Problemləri üzrə Ukrayna Dövlət Tədqiqat İnstitutu
  • D.M. Posokhov Xarkov Milli Tibb Universitetinin
  • N.V. Tomax Ukrayna Səhiyyə Nazirliyinin Tibbi və Sosial Əlillik Problemləri üzrə Ukrayna Dövlət Tədqiqat İnstitutu

DOI:

https://doi.org/10.34921/amj.2023.4.002

Ключевые слова:

çənbərbağırsaq polipləri, sonoqrafiya, kolonoskopiya

Аннотация

Məqalədə 67 xəstənin kolonoskopiya müayinəsi zamanı müəyyən edilmiş 156 polipin sonoqrafik xüsusiyyətləri təqdim edilir. Müəyyən edilmişdir ki, S-əbənzər cənbərbağırsaqda ölçüsü 10 mm-dən az olan poliplərə digər bölmələrə nisbətən daha tez-tez (p<0,01) rast gəlinmişdir. Sonoqrafik olaraq, yoğun bağırsaq poliplərinin 39,1±3,9%-i S-əbənzər çənbərbağırsaqda aşkar edilmişdir, bu, qalxan və köndələn çənbərbağırsaqla müqayisədə əhəmiyyətli dərəcədə (p<0,05) çoxdur.
Rəngli Doppler rejiminin istifadəsi göstərmişdir ki, ayaqcıqlı poliplərdə 10 mm-dən çox ölçülü qanaxma əhəmiyyətli dərəcədə (p<0,05) daha tez-tez baş verir. Ölçüsü 10 mm-dən kiçik olan poliplərin diaqnos-tikasında sonoqrafiyanın həssaslığı 73,1%, spesifikliyi 53,3%, dəqiqliyi 70,4%, 10 mm-dən böyük olan poliplər üçün isə bu göstəricilər 80,4%, 50,0%, 76,6% təşkil edib.
Tədqiqata əsaslanılaraq belə bir nəticəyə gələ bilərik ki, sonoqrafiya çənbərbağırsaq poliplərinin skrininqi üçün informativ bir üsuldur və bu, onların formasını və yerini müəyyən etmək üçün kifayət qədər həssaslığa malikdir.

Downloads

Download data is not yet available.

Опубликован

2023-12-20

How to Cite

Abdullayev, R., Şerbina, O., Koval, O., Korol, P., Vyun, V., Kulikova, F., Dudnik, T., Kiriçenko, A., Posokhov, D., & Tomax, N. (2023). KOLONOSKOPİYA ZAMANI AŞKAR EDİLƏN POLİPLƏRİN SONOQRAFİK XÜSUSİYYƏTLƏRİ. Azərbaycan Tibb Jurnalı, (4), 13–21. https://doi.org/10.34921/amj.2023.4.002

Выпуск

Раздел

KLİNİK TƏDQİQATLAR