YETKİN YAŞLI ŞƏXSLƏRDƏ ÜZ KƏLLƏSİNİN KRANİOMETRİK GÖSTƏRİCİLƏRİNİN XÜSUSİYYƏTLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2023.3.026Açar sözlər
yuxarı üz indeksi, kəllə indeksi, kompüter-tomoqrafiyaXülasə
Məqalədə yetkin yaşlı şəxslərdə üz kəlləsinin kraniometrik göstəricilərinin kompüter-tomoqrafiya vasitəsilə tədqiqinin nəticələri təqdim edilmişdir. Tədqiqata kəllə sümüklərinin zədələnmələri ilə əlaqədar olmayan (insulta şübhə olan, lakin diaqnozu təsdiq edilməyən, səbəblərə görə KT müayinəsi aparılmış, yaşı 44-dən 60-a qədədr olan 40 nəfər (20 qadın, 20 kişi) cəlb edilmişdir. Kəllə indeksi, yuxarı üz indeksi və alının eninə ölçüsü tədqiq edilmişdir.
Tədqiqat göstərmişdir ki, kraniometrik göstəricilərdən - kəllə indeksi 77,3±1,85%-ə, üz indeksinin qiyməti isə 13,75±3,57%-ə, alının eni isə 15±0,5x102 m-ə bərabərdir. Qadınların böyük əksəriyyətinin (95 %) kəllə quruluşu mezokraniya xarakterli olmuş, yalnız 5%-də dolixokraniya müşahidə edilmişdir. Bu qadınlar üçün yuxarı kəllə indeksinin qiyməti 78,1 % idi.
Müəlliflərin fikrincə, kəllə strukturunun bu göstəricilərinin öyrənilməsi həmin sahəyə cərrahi müdaxilələrin planlaşdırılması zamanı faydalı ola bilər. Çünki bu, operativ müdaxilələr zamanı xəstənin fərdi xüsusiyyətlərini nəzərə almağa və müdaxilə prosesinin planlaşdırılmasına optimal yanaşmaya imkan verər.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2023 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


