ÇANAQ SÜMÜKLƏRİNİN MÜŞTƏRƏK TRAVMALARININ DİAQNOSTİKASINDA MÜASİR ŞÜA MÜAYİNƏSİ METODLARININ İNFORMATİVLİYİ
DOI
https://doi.org/10.34921/amj.2023.3.023Açar sözlər
çanaq sümüklərinin sınıqları, şüa diaqnostikası, rentgenoqrafiya, kompyuter tomoqrafiyası, maqnit-rezonans tomoqrasiya, informativlik, spesifiklikXülasə
Çanaq sümüyü travmalarının müəyyən edilməsində radioloji müayinə metodlarının (rentgen, KT və MRT) spesifikliyinin və həssaslığının öyrənilməsi məqsədilə müxtəlif səbəblərdən xəsarət alan 969 xəstənin müayinələri araşdırılmışdır. Bu xəstələrdən çanaq sümüyü travmalarının öyrənilməsində 132 (13,6%) nəfərə rentgen, 61 (6,3%) nəfər KT və 1 (0,1%) nəfərə MRT müayinəsi aparılmışdır. Aparılan tədqiqat işində ümumilikdə 71 nəfərdə çanaq travmaları aşkar edilmişdir. Bu 71 xəstədən 58 (81,7%) nəfərə rentgen, 35 (49,3%) nəfərə KT, 1 (1,4%) nəfərə MRT müayinəsi ilə çanaq sümüyü travması təsdiq edilmişdir. Onlardan 63 (88,75) nəfərdə çanaq sümüyü travması ilə yanaşı, başqa travmalar olmuş, 8 (11,3%) nəfərdə isə təcrid olunmuş çanaq sümüyü sınığı müəyyən edilmişdir. Tədqiqatın nəticələrinə əsasən avtoqəza nəticəsində yaranan çanaq travmalarının aşkarlanmasında rentgen müayinəsi həssaslığına və spesfikliyinə görə, KT isə həssaslığına görə daha effektiv müayinə üsulu hesab edilə bilər. Başqa sümük sınıqları ilə müştərək çanaq travmasının aşkarlanmasında rentgen müayinə metodunun həssaslığı − 90,3%, KT müayinəsinin spesifikliyi isə 96,9% olmuşdur. Tədqiqatdan aydın olur ki, multispiral KT çanağın həcmli təsvirini və zədələnmələrinin tomoqrafiyasını almağa imkan verməklə, diaqnostikada səhv ehtimalını azaldır.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2023 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


