COVID-19 PANDEMİYASI ŞƏRAİTİNDƏ TƏCİLİ CƏRRAHİ YARDIMIN XÜSUSİYYƏTLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2023.3.021Açar sözlər
COVID-19 pandemiyası, təcili cərrahi yardım, koaqulopatiyaXülasə
Məqalədə COVID-19 pandemiyası şəraitində təxirəsalınmaz cərrahi yardımın xüsusiyyətlərini analiz etmək və müəyyənləşdirmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. 3 №-li Poltava Dövlət Klinik Xəstəxanasına 2021-ci ilin iyun ayından sonrakı dövrdə COVID-19 infeksiyası ilə təxirəsalınmaz cərrahi müdaxilənin zəruriliyinə görə daxil olmuş 242 pasiyentin xəstəlik tarixi retrospektiv təhlil edilmişdir; 2019-cu ilin fevral ayından iyun ayına qədər təxirəsalınmaz cərrahi müdaxiləyə məruz qalmış pasiyentlər (COVID-19 infeksiyası olmayan pasiyentlər qrupu) müqayisə qrupuna daxil edilmişdir.
Aparılmış tədqiqat göstərmişdir ki, pandemiya dövründə ümumi vəziyyəti Amerika Anestezioloqlar Cəmiyyətinin təsnifatı üzrə 2-3-cü dərəcə kimi qiymətləndirilən pasiyentlər sayca üstünlük təşkil etmişdir (p<0,0001), cərrahlıq şöbələrində letal nəticələr işə pandemiya dövründə 6,2% olmuşdur. Pandemiya dövründə pasiyentlərdə COVID-19 fonunda koaqulopatiya ilə əlaqəli olan ağırlaşmalara mezenterium arteriyalarının trombozu, aşağı ətraf arteriyalarının trombozu, perional venoz tromboz, tromboflebit) daha çox rast gəlinmişdir.
Müəlliflərin fikrincə, COVID-19 infeksiyaları pasiyentlərin operativ müdaxiləyə hazırlandığı dövrdə trombyaranmaya meylliyi və koaqulopatiya törənməsi ehtimalı nəzərə alınaraq, antikoaqulyantlardan istifadə etməklə profilaktika tədbirləri görülməlidir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2023 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


