Blastocystis hominis İNVAZİYASININ POTENSİAL RİSK FAKTORLARI

Müəlliflər

  • Ə.V. Şıxəliyeva Azərbaycan Tibb Universitetinin

DOI

https://doi.org/10.34921/amj.2023.3.020

Açar sözlər

blastosist invaziyası, epidemioloji analiz, risk faktorları, dəri xəstəlikləri, bağırsaq mikroorqanizmləri, disbioz

Xülasə

Məqalədə nəticələri təqdim edilən tədqiqatın məqsədi Blastocystis spp invaziyası üçün sosial, məişət və bioloji risk faktorlarının klinik və epidemioloji qiymətləndirilməsi olmuşdur. ATU-nun Epidemiologiya kafedrasında 2016-2018-ci illərdə blastosist invaziyasının yayılma səviyyəsini müəyyən etmək üçün 1720 müayinə aparılmışdır. Blastosist invaziyası hallarının illərə görə rastgəlmə tendensiyası öyrənilmiş və 2018-ci il ərzində patologiyanın yayılma səviyyəsi digər illərlə müqaisədə daha yüksək olmuşdur. Blastosist invaziyasına dair bütün risk faktorları arasında əhəmiyyətli faktor kimi dəri xəstəliklərini göstərmək olar (OR = 5,68, CI 95% 1,12-29,01) p<0,05. Yüksək yoluxma riskinə həmçinin viral hepatitin olmasını və təmizlənməmiş kran suyundan istifadəsini aid etmək olar. Dəri xəstəliklərindən əziyyət çəkən və B. Hominis invaziyası olan xəstələrdə disbiotik dəyişikliklər fonunda şərti-patogen mikroorqanizmlərinin – Klebsiella, Staphylococcus, Candida-nın kəmiyyətcə artımı, obliqat mikrofloranın isə, xüsusən də Lactobacillus, Bifidobacterium-un azalması müşahidə edilmişdir.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2023-09-30

Necə istinad edilir

Şıxəliyeva, Ə.V. (2023). Blastocystis hominis İNVAZİYASININ POTENSİAL RİSK FAKTORLARI. Azərbaycan Tibb Jurnalı, (3), 121–127. https://doi.org/10.34921/amj.2023.3.020

Nömrə

Bölmə

GİGİYENA, EPİDEMİOLOGİYA VƏ SƏHİYYƏ TƏŞKİLİ