YOLUXUCU XƏSTƏLİKLƏRİ OLAN ŞƏXSLƏRDƏ ÜRƏK-DAMAR FUNKSİYASI POZULMALARININ İNKİŞAFININ PATOGENETİK ASPEKTLƏRİ VƏ RİSK FAKTORLARI

Авторы

  • H.B. Orucоva Odlar Yurdu Universiteti
  • M.H. Əliyev Azərbaycan Tibb Universitetinin Mikrobiologiya

DOI:

https://doi.org/10.34921/amj.2023.3.019

Ключевые слова:

yoluxucu xəstəliklər, ürək aritmiyaları, instrumental diaqnostika

Аннотация

Məqalədə viral və bakterial mənşəli infeksion patologiyalı, yaşı 17-dən 40-a qədər və daha artıq olan 200 xəstə arasında ürək-damar zədələnmələrinin başvermə tezliyi və bəzi xarakterik əlamətləri haqqında məlumat təqdim edilir. Ürək toxumasının zədələnməsinin xüsusiyyətlərini müəyyən etmək üçün bütün xəstələr üç qrupa bölünmüşdür: I qrup ‒ 98 nəfər ‒ LOR xəstəlikləri; II qrup – revmatizmli 80 nəfər; III qrup – virus infeksiyası olan 22 nəfər. Eyni zamanda, ürək-damar sistemində patoloji dəyişikliklərin xarakteri aşkar edildi və viral və bakterial infeksiyalar, xüsusən də bəzi bakterial LOR xəstəlikləri, kəskin respirator virus infeksiyaları (RVI) və revmatizm ilə əlaqəli xəstəliklər fonunda ürək-damar patologiyasının yüksək tezliyi müəyyən edilmişdir. Əldə edilən məlumatların müqayisəli təhlilində, LOR xəstəliklərinin fonunda infeksion ürək-damar xəstəliklərinin gedişatı daha aydın təzahür edirdi. Yüngül formada olan ürək aritmiyalarına dair bəzi müsbət dinamika müayinə edilən xəstələr arasında daha az klinik əhəmiyyət kəsb edən funksional pozulmalar – taxikardiya, bradikardiya və kardiostimulyasiya miqrasiyası müşahidə edilmişdir. Bu pozuntuları olan xəstələrin böyük əksəriyyəti kəskin respirator virus infeksiyası ilə ağırlaşmış şəxslərdən ibarət üçüncü qrupa daxil edilmişdir (13,64%). Ürək xəstəliyinin nisbətən daha ağır formalarına, xüsusən də infeksion miokarditə xəstələrin ikinci və üçüncü qruplarında daha tez-tez (müvafiq olaraq 21,25% və 45,45%) təsadüf edilmişdir.

Downloads

Download data is not yet available.

Опубликован

2023-09-30

How to Cite

Orucоva H., & Əliyev, M. (2023). YOLUXUCU XƏSTƏLİKLƏRİ OLAN ŞƏXSLƏRDƏ ÜRƏK-DAMAR FUNKSİYASI POZULMALARININ İNKİŞAFININ PATOGENETİK ASPEKTLƏRİ VƏ RİSK FAKTORLARI. Azərbaycan Tibb Jurnalı, (3), 114–120. https://doi.org/10.34921/amj.2023.3.019

Выпуск

Раздел

GİGİYENA, EPİDEMİOLOGİYA VƏ SƏHİYYƏ TƏŞKİLİ