DAĞINIQ SKLEROZLU XƏSTƏLƏRİN YAŞ VƏ CİNS XÜSUSİYYƏTLƏRİ

Авторы

  • A.İ. Quliyeva Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun

DOI:

https://doi.org/10.34921/amj.2023.3.018

Ключевые слова:

dağınıq skleroz, yaş, cinsiyyət

Аннотация

Məqalədə Bakı şəhəri əhalisində dağınıq sklerozun yaş və cins xüsusiyyətləri araşdırılan epidemioloji tədqiqat haqqında məlumat verilir. 2013-2020-ci illər müddətində 559 dağınıq sklerozlu Bakı şəhəri sakini müşahidəyə cəlb edilmişdir. Xəstəliyin diaqnozu 2010-cu ilin McDonald kriteriyaları əsasında qoyulmuşdur. Xəstələrdən 392 (70,1 %) nəfəri qadın və 167 (29,9 %) nəfəri isə kişi olmuşdur. Xəstələrin 318 (56,9%) nəfəri Bakıda doğulan və 241 (43,1%) nəfəri isə Azərbaycanın müxtəlif rayonlarında doğulmuş və sonradan daimi yaşayış məqsədi ilə paytaxta köçmüş sakinlərdir. Xəstələrin orta yaşı və cinsi xüsusiyyətləri ilk həmlə, ikinci həmlə və Respublika Klinik Xəstəxanasına müraciyyət zamanı öyrənilmişdir.
Müəyyən edilmişdir ki, xəstəliyin ilkin həmləsi orta hesabla 29,1 yaşda baş vermişdir. Qadın və kişi xəstələr arasında xəstəliyin başlanma yaşında fərq olmamışdır. Bakıda doğulmuş xəstələr Azərbaycan rayonlarında doğulmuş və sonralar paytaxtda məskunlaşmış xəstələrə nisbətən 2,2 il daha erkən xəstələnmişlər. 20-39 yaş intervalı dağınıq sklerozun başlanması üçün ən çox rast gəlinən müddətdir.

Downloads

Download data is not yet available.

Опубликован

2023-09-30

How to Cite

Quliyeva, A. (2023). DAĞINIQ SKLEROZLU XƏSTƏLƏRİN YAŞ VƏ CİNS XÜSUSİYYƏTLƏRİ. Azərbaycan Tibb Jurnalı, (3), 108–113. https://doi.org/10.34921/amj.2023.3.018

Выпуск

Раздел

GİGİYENA, EPİDEMİOLOGİYA VƏ SƏHİYYƏ TƏŞKİLİ