MÜASİR YENİYETMƏLƏRİN HƏYAT KEYFİYYƏTİ VƏ ZƏRƏRLİ VƏRDİŞLƏRİ

Авторы

  • Z.Q. İsmayılova Azərbaycan Tibb Universitetinin
  • Ş.M. Balayeva Azərbaycan Tibb Universitetinin
  • N.Q. Süleyman-zadə Azərbaycan Tibb Universitetinin
  • İ.İ. Mustafayeva Azərbaycan Tibb Universitetinin
  • N.C. Cəfərzadə Azərbaycan Tibb Universitetinin

DOI:

https://doi.org/10.34921/amj.2023.3.017

Ключевые слова:

yeniyetmə, həyat keyfiyyəti, sağlamlığın fiziki və psixi komponentləri, zərərli vərdişlər

Аннотация

Məqalədə yeniyetmələrin həyat keyfiyyəti və zərərli vərdişləri barədə aparılan tədqiqat işinin nəticələri açıqlanır. Tədqiqat ümumi təhsil məktəblərində anket üsulundan istifadə edilməklə aparılmışdır. Həyat keyfiyyətinin özünü qiymətləndirmə göstəriciləri toplam ballara görə təyin edilmişdir. Sorğuda iştirak edən oğlanlar arasında sağlamlığın fiziki və psixi komponentlərinin orta göstəricisi 66,57 və 58,13 bal təşkil etmişdir (p˂0,05). Qızlarda müvafiq olaraq 71,1 və 59,32 olmuşdur (p˂0,05). Əhval-ruhiyyə, müsbət emosiya, həyəcan, depressiyanın ümumi göstəricisini səciyyələndirən – psixoloji sağlamlıq göstəricisi oğlanlarda qızlarla müqayisədə (61,91 və 50,79 bal) statistik etibarlı dərəcədə yüksək olmuşdur (p˂0,05).
Yeniyetmələr arasında zərərli vərdişlərin yayılma səviyyəsi oğlan və qızlar arasında qazlı və enerji içkilərinin qəbulu 86,9±2,9% və 39,2±4,5%, oğlanlar arasında siqaret və qəlyandan istifadə 30±4,0%, spirtli içki qəbulu 47,6±4,4%; oğlanlar arasında telefondan və kompüterdən 1-3 saatdan çox istifadə 86,9±2,9% və 56,9±4,3%, qızlarda isə 74,2±3,9% və 30,0±4,2% təşkil etmişdir. Kompüter və telefonda qorxulu saytlara və oyunlara baxan yeniyetmələr 46,4±3,2%, təşkil etmiş və həssas yeniyetmələr arasında özünə qəsd istəyi (14,8±2,2%) yaranmışdır. Həkimə müraciətlər arasında nevropatoloqa müraciət üstünlük təşkil etmiş, müvafiq olaraq oğlanlar 39,0±4,3% və qızlar 57,0±4,5% olmuşdur.

Downloads

Download data is not yet available.

Опубликован

2023-09-30

How to Cite

İsmayılova, Z., Balayeva, Ş.M., Süleyman-zadə, N., Mustafayeva, İ.İ., & Cəfərzadə, N. (2023). MÜASİR YENİYETMƏLƏRİN HƏYAT KEYFİYYƏTİ VƏ ZƏRƏRLİ VƏRDİŞLƏRİ. Azərbaycan Tibb Jurnalı, (3), 103–107. https://doi.org/10.34921/amj.2023.3.017

Выпуск

Раздел

GİGİYENA, EPİDEMİOLOGİYA VƏ SƏHİYYƏ TƏŞKİLİ