UKRAYNADA SOSİAL-STRESS ŞƏRAİTİNDƏ TÖRƏNƏN HƏYƏCAN-DEPRESSİYA POZUNTULARI İLƏ ƏLAQƏLİ PSİXOSOSİAL DEZADAPTASİYA

Авторы

  • V.V. Borisenko Poltava Dövlət Tibb Universitetinin Psixiatriya
  • P.V. Kidon Poltava Dövlət Tibb Universitetinin Psixiatriya
  • O.A. Kazakov Poltava Dövlət Tibb Universitetinin Psixiatriya
  • V.V. Şinder Poltava Dövlət Tibb Universitetinin Psixiatriya
  • K.V. Hrin Poltava Dövlət Tibb Universitetinin Psixiatriya
  • Yu.A. Fisun Poltava Dövlət Tibb Universitetinin Psixiatriya
  • R.İ. İsakov Poltava Dövlət Tibb Universitetinin Psixiatriya
  • L.O. Herasimenko Poltava Dövlət Tibb Universitetinin Psixiatriya

DOI:

https://doi.org/10.34921/amj.2023.3.015

Ключевые слова:

psixososial dezadaptasiya, həyəcan-depressiya pozulmaları, sosial-stress hadisələri

Аннотация

Məqalədə Ukraynada olan sosial şərait və stress vəziyyətində insanlarda törənən həyacandepressiya pozuntularına qarşı yaranan psixososial dezadaptasiya məsələləri əks etdirilmişdir
Tədqiqata XBT-10 üzrə həyacan-depresiya pozuntusu (F.4.1.2) diaqnozu qoyulmuş 124 pasiyent cəlb edilmişdir. Xəstələrdə psixososial dezadaptasiyanın xüsusiyyətləri araşdırılarkən dezadaptasiyanın inkişafının çoxamilli xarakterdə olduğu müşahidə edilmişdir. Xəstələrin bu kateqoriyasında aşağıdakı parapsixoloji amillər aşkar edilmişdir: yüksək fərdi və situativ həyacanlılıq, aşkar nəzərə çarpan həyəcanlarına pozuntularının olması, orta ağırlıqlı və ağır dərəcəli depressiv vəziyyət. Ukrayna şəraitində olan sosial stress fonunda Ukraynada yaranmış dərin informasion stress vəziyyəti dezadaptasiyanın informasion tipinin formalaşmasına əsas vermişdir. Yüksək dərəcədə nəzarət və pedantizm şəraiti stress vəziyətini gücləndirməklə, reaktiv həyəcanlanma vəziyyətinin dərinləşməsinə səbəb olur. Şəxsiyyət xüsussiyyətləri ilə, frustrasiya mexanizmlərinin birgə pozuntuları sinir-psixi müvazinətin zəifləməsinə və informasion stressə qarşı adaptasion reaksiyaların get-gedə mürəkkəbləşməsinə səbəb olur.
Psixososial dezadaptasiyanın formalaşması şəxsi həyəcan hissinin yüksək səviyyəsi, depresiya vəziyyəti (80,1 %) və həyəcanlanma pozuntuları (97,2 %) ilə sosial gəginliyin yüksək səviyyəsi və subyektiv olaraq vacib hesab edilən dəyərlərin (maddi təminat, özünüifadəetmə, sabahkı günə imid və inam, maraqlı iş şəraiti) ilə müəyyənləşdirilir.

Downloads

Download data is not yet available.

Опубликован

2023-09-30

How to Cite

Borisenko, V., Kidon, P., Kazakov, O., Şinder, V., Hrin, K., Fisun, Y., İsakov, R., & Herasimenko, . L. (2023). UKRAYNADA SOSİAL-STRESS ŞƏRAİTİNDƏ TÖRƏNƏN HƏYƏCAN-DEPRESSİYA POZUNTULARI İLƏ ƏLAQƏLİ PSİXOSOSİAL DEZADAPTASİYA. Azərbaycan Tibb Jurnalı, (3), 90–95. https://doi.org/10.34921/amj.2023.3.015

Выпуск

Раздел

GİGİYENA, EPİDEMİOLOGİYA VƏ SƏHİYYƏ TƏŞKİLİ