KORONAVİRUS İNFEKSİYASININ HAMİLƏLİYİN VƏ DOĞUŞUN GEDİŞİNƏ, ANANIN, DÖLÜN VƏ YENİDOĞULMUŞUN VƏZİYYƏTİNƏ TƏSİRİ

Авторы

  • X.Q. Quliyeva Azərbaycan Tibb Universitetinin

DOI:

https://doi.org/10.34921/amj.2023.3.013

Ключевые слова:

kəskin respirator koronavirus infeksiyası, tənəffüs çatışmazlığı, pnevmoniya, vaxtından əvvəl doğuş

Аннотация

Məqalədə hamiləliyin 22-37 həftəsində koronavirus-19 infeksiyasına yoluxan qadınlarda hamiləliyin və doğuşun xüsusiyyətlərinin, həmçinin infeksiyanın anaya, dölə təsirinin öyrənilməsi məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir.Tədqiqata COVID-19 infeksiyasına yoluxan 58 hamilə daxil edilmişdir. Xəstələrin orta yaşı 28,93±1,72 (20-38) olmuşdur.
Bütün hamilə və doğan qadınlarda klinik, funksional müayinələr aparılmış, zəncirşəkili polimeraza reaksiyası (ZPR) üsulu ilə burundan və boğazdan götürülən yaxmada SARS-COV-2 infeksiyası pozitiv olmuşdur.
Stasionara daxil olarkən hamiləliyin 22-37 həftəsində olan 58 qadından 14-ü (24,1%) kafi vəziyyətdə, 44-ü (75,9%) isə orta ağır vəziyyətdə olmuşdur. Hamiləliyin 22-37 həftəsində 55,2% kəskin respirator virus infeksiyasına görə, 44,8% qadın isə kəskin koronavirus fonunda müxtəlif mamalıq ağırmaşları ilə stasionara qəbul edilmişdir.
22-37 həftəsində kəskin COVID-19 infeksiyası olan hamilə və doğan qadınlarda Kesar kəsiyinə göstərişlərdən COVID-19 infeksiyasının ağır gedişi – 47,6%-də, uşaqlıqda çapıq – 19%-də, dölyanı mayenin vaxtından qabaq axması, doğuş fəaliyyətinin olmaması – 19%-də, dölün kəskin hipoksiyası – 14,3%-də qeyd edilmişdir. Yenidoğulmuşların 10,3%-i kafi vəziyyətdə, 89,7%-i isə orta ağır və ağır vəziyyətdə doğulmuşdur. Yenidoğulmuşların vəziyyətinin ağırlığı bətndaxili pnevmoniya, vaxtından qabaq doğuşlar və respirator distress-sindromla əlaqədar olmuşdur. Təyin edilmişdir ki, 22-37 həftəlik hamiləlik zamanı kəskin COVID-19 infeksiyası olan qadınlarda dölün bətndaxili yoluxma tezliyi 10,3% olmuşdur.

Downloads

Download data is not yet available.

Опубликован

2023-09-30

How to Cite

Quliyeva, X. (2023). KORONAVİRUS İNFEKSİYASININ HAMİLƏLİYİN VƏ DOĞUŞUN GEDİŞİNƏ, ANANIN, DÖLÜN VƏ YENİDOĞULMUŞUN VƏZİYYƏTİNƏ TƏSİRİ. Azərbaycan Tibb Jurnalı, (3), 81–85. https://doi.org/10.34921/amj.2023.3.013

Выпуск

Раздел

KLİNİK TƏDQİQATLAR