EKSTRAGENİTAL PATOLOGİYA FONUNDA ANOMAL UŞAQLIQ QANAXMALARI OLAN QADINLARDA ENDOMETRİUMUN ULTRASƏS KEÇİRİCİLİYİNİN XÜSUSİYYƏTLƏRİ

Авторы

  • K.V. Qarkavenko Xarkov Milli Tibb Universiteti
  • V.V. Lazurenko Xarkov Milli Tibb Universiteti
  • R.Ya. Abdullayev Xarkov Milli Tibb Universiteti
  • İ.A. Vasilyeva V.N.Karazin adına Xarkov Milli Universiteti
  • V.Q. Karpenko Xarkov Milli Tibb Universiteti
  • N.M. Pasiaşvili Xarkov Vilayət Klinik Perinatal Mərkəzi

DOI:

https://doi.org/10.34921/amj.2023.3.009

Ключевые слова:

anomal uşaqlıq qanaxması, metabolik sindrom, ultrasəs müayinəsi

Аннотация

Məqalədə yaşı 40-dan 55-ə qədər olan və anomal uşaqlıq qanaxmaları (AUQ) müşahidə edilən 45 qadının uşaqlıq damarlarının dopplerometriyasından alınan nəticələr təqdim edilmişdir. Onlardan 25 nəfərdə qanaxmalar metabolik sindrom (MS) fonunda olmuş (əsas qrup), 20 qadında isə MS olmamışdır (müqayisə qrupu). Kontrol qrupuna normal aybaşı tsikli olan 20 qadın daxil edilmişdir. Xəstə qadınların hamısında həkimə müraciət etdiyi ilk gündə uşaqlıq və uşaqlıq artımlarının ultrasəs müayinəsi (USM) aparılmışdır. Kontrol qrupda isə qadınlar aybaşı tsiklinin 5-8-ci günü USM edilmişdir. MS fonunda AUQ olan pasiyentlərdə uşaqlıq divarının qalınlığının kontrol qrupu ilə müqayisədə 3 dəfə, həcminin isə 1,6 dəfə çox olduğu aşkara çıxmışdır (p<0,05), yalnız AUQ olan pasiyentlər qrupundan 7 nəfərdə (35 %) uşaqlığın boşluğunda polipəbənzər törəmələr aşkar edilmişdir; MS-lə birgə AUQ olan qadınlardan isə yalnız 3 nəfərdə (15 %) belə dəyişiklik nəzərə çarpmışdır. Müəyyən edilmişdir ki, AUQ olan qadınların radial və bazal arteriyalarında rezistentlik indeksi kontrol qrupdakına nisbətən aşkar şəkildə (p<0,05) azalmışdır. MS fonunda AUQ olan qadınlarda endometriumun qalınlığı və həcmi statistik etibarlı şəkildə artmışdır.
Tədqiqatın nəticələri göstərir ki, metabolik sindrom endometrium hiperplaziyasının inkişafına səbəb olan əsas amillərdən biri olub, uşaqlıq qanaxmalarının törənməsinə şərait yaradır. Ultrasəs dopplerometriyası bu qadınlarda damar müqavimətinin azaldığını müəyyən etməyə imkan verır.

Downloads

Download data is not yet available.

Опубликован

2023-09-30

How to Cite

Qarkavenko, K., Lazurenko, V., Abdullayev, R., Vasilyeva, İ.A., Karpenko, V., & Pasiaşvili, N. (2023). EKSTRAGENİTAL PATOLOGİYA FONUNDA ANOMAL UŞAQLIQ QANAXMALARI OLAN QADINLARDA ENDOMETRİUMUN ULTRASƏS KEÇİRİCİLİYİNİN XÜSUSİYYƏTLƏRİ. Azərbaycan Tibb Jurnalı, (3), 58–64. https://doi.org/10.34921/amj.2023.3.009

Выпуск

Раздел

KLİNİK TƏDQİQATLAR