YOĞUN BAĞIRSAQ ŞİŞLƏRİNİN DİAQNOSTİKASINDA VİRTUAL KOLONOSKOPİYANIN VƏ ULTRASƏS MÜAYİNƏSİNİN İMKANLARI
DOI
https://doi.org/10.34921/amj.2023.3.006Açar sözlər
yoğun bağırsaq şişləri, virtual kolonoskopiya, ultrasəs müayinəsi, fibrokolonoskopiyaXülasə
Məqalədə yoğun bağırsaq (YB) şişlərinin diaqnostikasında virtual kolonoskopiyanın (VK) və ultrasəs müayinəsinin (USM) müqayisəli imkanları haqqında məlumat verilir. Tədqiqata cəlb edilmiş 75 xəstədən 34 nəfərdə fibrokolonoskopiya zamanı xərçəng, 41 nəfərdə polip aşkar edilib. Poliplərin ümumi sayı 93 olmuşdur.
37 (39,8±5,1%) halda poliplərin ölçüsü 10 mm-dən az, 56 (60,2±5,1%) halda isə 10 mm-dən çox olub (p<0,001). YB xərçəngi olan xəstələrdən 11 (32,4±8,0%) nəfərdə bağırsaq divarının qalınlığı 10 mm-dən çox, 23 (67,6±8,0%) xəstədə isə 10 mm-dən az olmuşdur (p<0,01). Ölçüsü >10 mm olan poliplərin diaqnostikasında virtual kolonoskopiyanın həssaslığı 83,9%, spesifikliyi 62,5%, dəqiqliyi 81,3%, USM-də isə müvafiq olaraq 80,4%, 50,0% və 76,6% təşkil etmişdir. YB xərçənginin diaqnostikasında virtual kolonoskopiyanın həssaslığı 79,4%, spesifikliyi – 71,4%, dəqiqliyi – 78,0%, USM-də isə müvafiq olaraq 73,5%, 71,4% və 73,2% olmuşdur.
Aparılan tədqiqatlara əsasən belə nəticəyə gəlmək olar ki, ultrasəs müayinəsinin imkanları virtual kolonoskopiyadan bir qədər aşağıdır, lakin aralarındakı fərq statistik cəhətdən əhəmiyyətli deyil. Bu səbəbdən USM skrininq üsulu olaraq virtual kolonoskopiyanı əvəz edə bilər.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2023 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


