MÜXTƏLİF VARİANTLI DEMENSİYASI OLAN XƏSTƏLƏRDƏ BAŞ BEYNİNİN FUNKSİONAL VƏZİYYƏTİ VƏ GECƏ POZUNTULARININ XÜSUSİYYƏTLƏRİ

Авторы

  • O.S. Çinyak Sumı Dövlət Universiteti
  • İ.Q. Mudrenko Sumı Dövlət Universiteti
  • O.İ. Kolenko Sumı Dövlət Universiteti
  • V.S. Liçko Sumı Dövlət Universiteti
  • A.A. Demixov Sumı Dövlət Universiteti
  • N.V. Demixova Sumı Dövlət Universiteti

DOI:

https://doi.org/10.34921/amj.2023.3.004

Ключевые слова:

Alsheymer xəstəliyi, Hentinqton xəstəliyi, damar mənşəli demensiya, posttravmatik ensefalopatiya

Аннотация

Məqalədə demensiyanın müxtəlif variantlarına (Alsheymer xəstəliyi, Parkinson xəstəliyi, Hentinqton xəstəliyi, damar mənşəli demensiya, posttravmatik demensiya) məruz qalmış 170 xəstənin neyrofizioloji müayinəsinin nəticələri təqdim edilmişdir. Tədqiqat ciddi koqnitiv pozuntuları olan xəstələrdə baş beyninin funksional vəziyyətinin qiymətləndirilməsi və gecə pozuntularının müqayisəli səciyyələn-dirilməsi məqsədilə aparılmışdır.
Müəyyən edilmişdir ki, demensiyanın degenerativ formaları ilə birgə damar demensiyası olan xəstə qruplarında yüksək amplitudalı-aritmik və aşağıamplitudalı-aritmik EEQ tiplərinin rastgəlmə faizi xüsusilə çoxdur (müvafiq olaraq 31,6 % və 26,6 %); α- və β-ritmlərin əhəmiyyətli dərəcədə azalması və Ө-ritmin artımı (p<0,001) müşahidə edilmişdir. Variantından asılı olmayaraq, bütün demensiyalı xəstələrdə aydın ifadəli yuxu pozulması olmuşdur. EEQ-da yuxu millərinin artması Hentinqton xəstəliyi üçün səciyyəvidir. Damar demensiyası olan xəstələrdə gecə oyanmalarının sayı əhəmiyyətli dərəcədə artmışdır. Buna obstruktiv apnoe (52,3 %), aşağı ətrafların büküçü-açıcı mioklonik hərəkətləri (56,4 %), nikturiya (35,2 %), baldır əzələlərində tutmaşəkilli ağrı hissiyyatı (2,3 %) şərait yaradır. Demensiyanın damar mənşəli və degenerativ formaları olan bütün xəstələrdə yuxunun müxtəlif dərəcəli pozulmaları müşahidə edilmişdir. Xəstələrin əksəriyyəti həm də yuxunun dərinliyindən və davametmə müddətindən razı qalmamışdır; xəstələrin 93 %-i yuxulamaqda çətinlik çəkmişdir. 83,3 % xəstədə yuxu səthi olmuş və onlar tez-tez oyanmışlar. 86,6 % xəstədə isə yuxulamadan 3-4 saat sonra erkən səhər oyanması müşahidə edilmişdir.

Downloads

Download data is not yet available.

Опубликован

2023-09-30

How to Cite

Çinyak, O., Mudrenko, İ.Q., Kolenko, O., Liçko, V., Demixov, A., & Demixova, N. (2023). MÜXTƏLİF VARİANTLI DEMENSİYASI OLAN XƏSTƏLƏRDƏ BAŞ BEYNİNİN FUNKSİONAL VƏZİYYƏTİ VƏ GECƏ POZUNTULARININ XÜSUSİYYƏTLƏRİ. Azərbaycan Tibb Jurnalı, (3), 23–31. https://doi.org/10.34921/amj.2023.3.004

Выпуск

Раздел

KLİNİK TƏDQİQATLAR