GECİKMİŞ POSTİNFARKT DÖVRDƏ ÜRƏYİN REMODELLƏŞMƏSİNİN XÜSUSİYYƏTLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2023.3.002Açar sözlər
kəskin miokard infarktı, exokardioqrafiya, ürəyin gecikmiş postinfarkt remodelləşməsiXülasə
Məqalədə 79 xəstədə kəskin miokard infarktından (MI) sonrakı 12-ci aya qədər ürəkdə baş verən remodelləşmə proseslərinin qiymətləndirilməsi məqsədilə aparılan exokardioqrafiya müayinəsinin nəticələri haqqında məlumatlar təqdim edilir. Xəstələrdən 42 (53,2%) nəfər Q pozitiv (Q+), 37 nəfər (46,8%) Q neqativ (Q-) infarkt keçirmişdir. 12 ay sonra 32 xəstədə xronik ürək çatışmazliği (XÜÇ) aşkar edilmişdir, onlardan 23 (54,8%) nəfər Q (+), 9 (24,3%) nəfərdə isə Q (-) infarkt keçirən xəstə qruplarına aid idi.
Q (+) MI keçirən və infarktdan sonrakı gec dövrdə XÜÇ olan xəstələrdə sol mədəciyin EDR (mm), ESR (mm), LA (mm), ILS, IS, LVMI (mm. Hg) dəyərləri XÜÇ olmayan və Q (-) MI keçirmiş xəstələrə nisbətən əhəmiyyətli dərəcədə yüksək olmuşdur (p<0,05, p<0,01). Q (-) MI keçirmiş və XÜÇ olmayan xəstələrdə isə EF, ΔS və 2H/D kimi EchoCG parametrlərinin orta dəyəri Q (+) və XÜÇ olan xəstələr qrupuna nisbətən daha yüksək olmuşdur.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2023 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


