HİSS DƏSTƏSİNİN SAĞ AYAQCIĞININ İDİOPATİK BLOKADASI OLAN UŞAQLARDA ÜRƏK RİTMİNİN VARİABELLİYİNİN DÖVRİ PARAMETRLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2023.3.001Açar sözlər
Hiss dəstəsinin sağ ayaqcığının blokadası, aritmiya, ürək ritminin variabelliyiXülasə
Məqalədə Hiss dəstəsinin sağ ayaqcığının idiopatik blokadası (HDSAB) olan uşaqlarda ürək ritminin variabelliyinin (ÜRV) dövri parametrlərini öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata uşaq yaşının dövrlərini və yaş xüsusiyyətlərini nəzərə alaraq 82 nəfər uşaq cəlb edilmişdir. Bu uşaqlar 3-6 yaşlı və 12-17 yaşlı olmaqla 2 qrupa bölünmüşdür. Hər bir qrupda HDSAB olan əsas qrup uşaqlar müvafiq yaşlı praktik sağlam olan kontrol qrup uşaqlarla müqayisə edilmişdir. Bunlardan HDSAB-sı olan 3-6 yaşlı 14 uşaq (7 oğlan, 7 qız) 1-ci qrupun əsas qrupuna, 3-6 yaşlı 11 praktik sağlam uşaq isə kontrol qrupuna daxil edilmişdir. HDSAB olan 12-17 yaşlı 43 uşaq (27-oğlan, 16-qız) 2-ci qrupun əsas qrupuna, 12-17 yaşlı 14 praktik sağlam uşaq isə kontrol qrupuna daxil edilmişdir.
Alınmış nəticələrin təhlili göstərmişdir ki, HDSAB olan uşaqlarda ÜRV-nin dövri parametrlərini öyrənməklə vegetativ sinir sisteminin simpatik və parasimpatik şöbələri arasında disbalansı aşkar etmək mümkündür. Bu isə HDSAB olan uşaqlarda ürək damar sistemi patalogiyalarının və onların ağırlaşmalarının qarşısının alınmasında əhəmiyyətli ola bilər.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2023 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


