HEPATOSELLÜLYAR KARSİNOMANIN DİAQNOSTİKASINDA SÜNİ İNTELLEKT ALQORİTMLƏRİNİN ROLU
DOI
https://doi.org/10.34921/amj.2023.2.026Açar sözlər
süni intellekt, dərin öyrənmə, diaqnostika, hepatosellülyar karsinomaXülasə
Hepatosellülyar karsinoma (HSK) ən çox yayılan bədxassəli törəmələr arasında beşinci yeri tutur və dünyada xərçənglə əlaqəli ölümün üçüncü ən çox yayılmış səbəbidir. Süni intellekt (Sİ) sürətlə artan maraq sahəsidir. Müəlliflər HSK-ın diaqnostikasında və qiymətləndirilməsində Sİ-nin tətbiqi barədə məlumat verən məqalələri araşdırmışlar. Bu məqsədlə 27 məqalə təhlil edilmişdir. Təhlil edilmiş məqalələrdən KT görüntülərinin tədqiqinə dair 19 məqalədə (41,30%), USQ görüntülərinin öyrənilməsini əks etdirən 20 (43,47%) və MRT görüntülərindən bəhs edən 7 məqalədə (15,21%) müxtəlif Sİ alqoritmləri qəbul edilmişdir. Heç bir məqalədə PET və rentgen texnologiyasında süni intellektin istifadəsi müzakirə edilməyib. Sistematik yanaşma göstərmişdir ki, HSK-nin diaqnostikası və qiymətləndirilməsi üzrə əvvəlki işlərdə USQ, KT və MRT istifadə edilərək ənənəvi şərhin maşın öyrənməsi ilə müqayisəliliyi qiymətləndirilmişdir. Təhlillərimizdə görüntüləmə üsullarının istifadəsi HSK diaqnostikası üçün tibbi görüntüləmənin faydalılığını və təkamülünü əks etdirir. Bundan əlavə, nəticələrimiz lazımsız təkrarlanmanı və resursların israfını minimuma endirmək üçün birgə məlumat bazasında məlumat mübadiləsinə qaçılmaz ehtiyac olduğunu vurğulayır.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2023 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


