AORTAL STENOZU VƏ HİPERTROFİK OBSTRUKTİV KARDİOMİOPATİYASI OLAN AXIL YAŞLI PASİYENTDƏ ALKOHOLLA SEPTAL ABLASİYA VƏ AORTA QAPAĞININ TRANSKATETER İMPLANTASİYASI ÜZRƏ KLİNİK MÜŞAHİDƏ
DOI
https://doi.org/10.34921/amj.2023.2.025Açar sözlər
hipertrofik kardiomiopatiya, aortal stenoz, alkoholla septal ablasiya, aortal klapanın transkateter implantasiyasıXülasə
Son onilliklər ərzində ürək-damar cərrahiyyəsində azinvaziv müalicə metodlarının inkişaf etdirilməsinə və geniş tətbiqinə meyil edilir. Məqalədə təsvir edilən klinik müşahidə alkoholdan istifadə edilməklə aparılan septal ablasiya ilə aortal klapanın transkateter implantasiyasını əhatə edir. Xəstənin ikimərhələli müalicə taktikası sol mədəciyin çıxış yolunda təzyiq qradiyentini TAVİ əməliyyatından əvvəl mədəciklərarası çəpərin ablasiyası üsulu ilə əhəmiyyətli dərəcədə azaltmağa imkan verir. Digər müalicə metodlarının səmərəsiz olduğu hallarda aorta qapağının endoprotezləşdirilməsindən sonra alkoholla septal ablasiya üsulu ilə aparılan müalicə haqqında məlumat verilmişdir. Müəlliflərin müşahidə etdikləri klinik hadisə obstruktiv hipertrofik kardiomiopatiya və aydın ifadəli aortal stenoz hallarında alkoholdan istifadə edilməklə ilk mərhələdə aparılan septal ablasiya vasitəsilə təzyiq qradiyentinin azaldılması xəstədə kəskin təxirəsalınmaz vəziyyət (kardiogen şok, “suisidal sol mədəcik” sindromu) yaranmasının qarşısını almağa imkan verə bilər.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2023 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


