ŞƏKƏRLİ DİABET VƏ ARTERİAL HİPERTENZİYA FONUNDA MİOKARD İNFARKTININ QULAQCIQ FİBRİLYASİYASI SAYƏSİNDƏ GİZLİ KEÇMƏSİ TƏSADÜFÜ
DOI
https://doi.org/10.34921/amj.2023.2.024Açar sözlər
səyrici aritmiya, miokard infarktı, ürəyin işemik xəstəliyiXülasə
Məqalədə sol mədəciyin arxa divarında II tip şəkərli diabet və arterial hipertenziya fonunda törənmiş kəskin subendokardial miokard infarktı təsadüfü haqqında məlumat verilmişdir. Müəlliflərin öz müşahidələrinə əsasən haqqında məlumat verilən xəstədə ürəyin kəskin zədələnməsinin yeganə əlaməti qulaqcıqların uzun sürən taxisistolik formalı fibrillyasiyası olmuşdur. Aparılan kompleks terapevtik müalicə kompleksinə baxmayaraq, xəstə ölmüşdür. Xəstədə kəskin subendokardial miokard infarktı olduğu isə yalnız ölümdən sonra patanatomik təsrih zamanı müəyyənləşdirilmişdir. Məqalədə təsvir edilən klinik hadisə miokard infarktının qulaqcıqların gizli keçən fibrilyasiyası fonunda atipik şəkildə keçə bildiyini nümayiş etdirir. Bu klinik təsadüf qulaqcıq fibrilyasiyası olan pasiyentlərin kompleks şəkildə müayinə edilməli olduğunu və ilk növbədə miokardda baş verə bilən geriyədinməz zədələnmələrin olub-olmadığını araşdırmağın vacibliyini göstərir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2023 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


