DİABETİK POLİNEYROPATİYA ZAMANI MİELİNLİ SİNİR LİFLƏRİNİN PATOMORFOLOGİYASI
DOI
https://doi.org/10.34921/amj.2023.2.022Açar sözlər
diabetik polineyropatiya, mielinli sinirlər, morfoloji dəyişikliklərXülasə
Məqalədə diabetik polineyropatiyası olan xəstələrin aşağı ətraflarının mielinli sinir liflərinin struktur xüsusiyyətləri haqqında məlumat verilmişdir. Ətrafları amputasiya olunmuş 10 şəkərli diabet xəstəsinin baldır və ayaq nahiyəsindəki mielinli sinirlər histoloji, histokimyəvi və elektron-mikroskopik üsullarla tədqiq edilmişdir. Kontrol məqsədilə təsadüfi qəza nəticəsində həlak olmuş 5 insan cəsədinin seksion materialı müayinə edilmişdir. Histoloji müayinə üçün toxuma tikələri 12%-li formalində fiksasiya edildikdən sonra Bilşovski-Qross və Rasskazova üsulları ilə işlənilmişdir. Adrenergik strukturlar toxuma kəsiklərini 2%-li qlioksil turşusunda inkubasiya etməklə aşkarlanmışdır. Elektron-mikroskopik tədqiqat zamanı 2%-li qlütaraldehid məhlulunda fiksasiya edilmiş toxuma tikələri uranil-asetat məhluluna keçirildikdən sonra qurğuşun-sitratla kontrastlaşdırılmış və UEMB -100 elektron mikroskopunda öyrənilmişdir. Müəyyən edilmişdir ki, diabetik polineyropatiya zamanı ən qabarıq struktur dəyişiklikləri iri diametrli mielinli sinir liflərində baş verir. Aksonların kəskin atrofiyası mielin qişanın intensiv ödemi ilə müşayiət olunur. Aşkar edilmişdir ki, diabetik polineyropatiya zamanı aşağı ətraf sinirlərində katexolaminlərin qatılığı azalır.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2023 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


