HƏRBİ QULLUQÇULARIN AİLƏ VƏZİYYƏTİNİN İNTİHAR DAVRANIŞINA TƏSİRİ

Авторы

  • E.S. Mehdiyev Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Klinik Hospitalının Psixiatriya bölməsi

DOI:

https://doi.org/10.34921/amj.2023.2.021

Ключевые слова:

intihar davranışı, hərbi qulluqçular, harmonik və disharmonik ailə, sosial status

Аннотация

Məqalədə suisidentlərin əsas sosial-demoqrafik xüsusiyyətlərinin təhlili məqsədilə, intihar davranışının formalaşmasına təsir edən bir sıra makro- və mikrososial amillərin öyrənilməsinin nəticələri təqdim olunur. Tədqiqatda 2001-2011-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Psixiatriya bölməsində müayinə və müalicədə edilən, intihara cəhd etmiş 205 nəfər hərbi qulluqçu klinik olaraq araşdırılmışdır. Tədqiqat nəticəsində, sıravi heyət arasında intihara cəhd etmiş hərbi qulluqçuların ailə strukturuna görə, tam ailədə böyümüş əsgərlərlə natamam ailədə tərbiyə alan əsgərlər arasında fərq olmamışdır və müvafiq olaraq 47,4% (64 nəfər) və 52,6% (71 nəfər) təşkil etmişdir (p>0,05). Sıravi heyət arasında intihara cəhd etmiş hərbi qulluqçuların ailəsinin harmonik dərəcəsinə görə dürüstlük müəyyən edilməmişdir (p>0,05). Müəllifin fikincə, intihara cəhd edən zabit və sıravi heyətin hərbi qulluqçularının ailələrinin struktur xüsusiyyətləri müxtəlif yönümlüdür. Davranış dəyişikliklərinin formalaşmasına əsas təsir edən amillərdən və o cümlədən də özünü məhv edən davranış və onun ən son həddi olan – intihar cəhdi, ailədə valideyn nəzarətinin və tərbiyəsinin düzgün verilməməsi səbəb olmuşdur.

Downloads

Download data is not yet available.

Опубликован

2023-05-10

How to Cite

Mehdiyev , E. (2023). HƏRBİ QULLUQÇULARIN AİLƏ VƏZİYYƏTİNİN İNTİHAR DAVRANIŞINA TƏSİRİ . Azərbaycan Tibb Jurnalı, (2), 133–138. https://doi.org/10.34921/amj.2023.2.021

Выпуск

Раздел

GİGİYENA, EPİDEMİOLOGİYA VƏ SƏHİYYƏ TƏŞKİLİ