ONURĞA ƏSASININ ARTERİAL HÖVZƏSİNDƏ TÖRƏNƏN İŞEMİK İNSULT ZAMANI APOPTOZUN MİTOXONDRİAL MEXANİZMLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2023.2.017Açar sözlər
işemik insult, apoptoz, oksidativ stress, transmembran potensiallarıXülasə
Məqalədə onurğa əsasının arterial hövzəsində törənən işemik insult zamanı oksigenin aktiv formalarının, transmembran potensialının, hüceyrə ölümünün göstəricilərinin və onların insultun mərhələləri ilə qarşılıqlı əlaqəsinin öyrənilməsinə həsr edilmiş tədqiqatın nəticələri haqqında məlumat verilmişdir. Tədqiqata onurğa əsasının arterial hövzəsinin işemik insultuna məruz qalmış 105 nəfər xəstə cəlb edilmişdir. Onlardan 49 nəfərdə xəstəliyin yarımkəskin dövrü (xəstəliyin başlanmasından sonrakı 3-6 aylar), 32 nəfərdə xronik mərhələ (6-12 ay), 14 nəfərdə xəstələnmədən 1-3 il sonrakı mərhələ olmuş, 10 nəfər isə xəstəliyin başlanmasından 3 ildən artıq sonra müşahidə edilmişdir. Müəyyən edilmişdir ki, işemik insultun yarımkəskin və xronik dövrlərində qanda hidrogen peroksidin miqdarı kontrol qrupdakına nisbətən yüksək olmuşdur. Eyni zamanda gecikmiş yarımkəskin mərhələdə leykositlərin hüceyrə ölümü göstəricisi ən yüksək səviyyədə olmuş və həm xronik mərhələdə, həm xəstələnmə müddəti 1-3 il arası olan pasiyentlərin, həm də 3 ildən artıq xəstələnmə müddəti olan pasiyentlərin göstəricilərindən əhəmiyyətli dərəcədə fərqlənmişdir. Onurğa əsası arterial hövzəsi nahiyəsinin işemik insultunun yarımkəskin və xronik mərhələlərində (xəstəliyin başlanmasından 1-3 il və 3 ildən artıq müddət sonra) toxumalarda hidrogen peroksidin miqdarı ilə leykositlərin hüceyrə ölümünün səviyyəsi arasında birbaşa əlaqə olduğu aşkar edilmişdir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2023 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


