11-YAŞLI UŞAQLARDA BURUN ÇƏPƏRLƏRİNİN QURULUŞUNUN VƏ CƏRRAHİ KORREKSİYASININ XÜSUSİYYƏTLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2023.2.016Açar sözlər
burun arakəsməsi, burun arakəsməsinin yaş xüsusiyyətləri, cərrahi korreksiyaXülasə
Məqalədə 11 yaşlı uşaqlarda burun arakəsməsi strukturlarının böyüməsinin yaşla bağlı xüsusiyyətlərini öyrənmək məqsədilə aparılmış araşdırmanın nəticələri təqdim edilmişdir. Tədqiqatlar 30 uşaq meyitinin burun çəpərlərinin preparatı üzərində aparılıb. Meyitlərdən 3-ü 11 yaşlı uşağa aid idi. Əlavə olaraq müqayisə məqsədilə 3, 4, 5, 6, 7, 8, 9 və 10 yaşlı uşaq meyitlərindən götürülən burun çəpəri preparatından istifadə edilmişdir (4,5,6 yaşda 4 preparat, 3,7,8,9 və 10 yaş üzrə isə 3 preparat olmaqla). Burun arakəsmələri burun boşluğunun yuxarı və aşağı divarları ilə birlikdə kəllə boşluğundan çıxarılıb, skeletləşdirilib və sonra onların üzərində morfometrik tədqiqat aparılıb. Tədqiqat göstərmişdir ki, burun arakəsməsinin və onun müxtəlif strukturlarının ölçüləri və sahəsi hər bir tədqiq edilən yaşda qeyri-bərabər inkişaf edir. 11 yaşda burun arakəsməsinin hündürlüyünün sürətlə artması və sahəsinin genişlənməsi dördbucaqlı qığırdağın şaquli diaqonalının, xış sümüyünün şaquli ölçülərinin, həmçinin xəlbir sümüyünün perpendikulyar lövhəsinin hündürlüyünün və sahəsinin də artması ilə müşayiət edilir. 11 yaşlı uşaqlarda burun arakəsməsinin anatomik komponentlərinin inkişafının aşkar edilmiş yaşla bağlı xüsusiyyətləri cərrahi müdaxilələr zamanı əhəmiyyət kəsb edə bilər. Belə ki, əldə edilmiş məlumat burun çəpərlərinin korreksiyaedici əməliyyatları zamanı qığırdaqlarda, xış sümüyündə və perpendikulyar səhfədə onların yaşla əlaqəli böyüməsinə mane olmayan kəsik üsullarının təklif edilməsinə əsas verə bilər.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2023 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


