METABOLİK SİNDROMLU VƏ SİNDROMSUZ 2-ci TİP ŞƏKƏRLİ DİABETLİ XƏSTƏLƏRDƏ BOYNUN VƏ AŞAĞI ƏTRAFLARIN MAGİSTRAL ARTERİYALARININ REMODELLƏŞMƏSİNƏ ARTERİAL TƏZYİQİN TƏSİRİ

Авторы

  • R.A. Rzayeva Azərbaycan Tibb Universitetinin
  • Y.Z. Qurbanov Azərbaycan Tibb Universitetinin

DOI:

https://doi.org/10.34921/amj.2023.2.014

Ключевые слова:

2-ci tip şəkərli diabet, metabolik sindrom, arteriaya remodelləşməsi, arterial hipertenziya

Аннотация

Məqalədə ümumi yuxu arteriyalarda və ümumi bud arteriyalarında onların interadventisial diametrinin, intima-media kompleksinin qalınlığının və aşkar edilmiş aterosklerotik düyünlərin müqayisəli təhlilinin nəticələri təqdim edilib. Metabolik sindromla birlikdə 2-ci tip şəkərli diabeti olan 73 xəstə, metabolik sindromsuz 2-ci tip şəkərli diabetli 74 xəstə, o cümlədən metabolik sindrom və 2-ci tip şəkərli diabeti olmayan 86 xəstədə hər iki tərəfdən ümumi yuxu arteriyalarında müayinələr aparılmışdır. Müayinə olunmuş hər 3 qrup xəstələr arterial hipertenziyası olan (dərəcəsinə və mərhələsinə görə) və olmayan yarımqruplara bölünmüşdür. Aşkar edilmişdir ki, müayinə olunan yarımqruplarda remodelləşdirmə əlamətləri ən çox hipertenziyalı xəstələrdə təyin edilmişdir. Belə ki, arterial təzyiqin səviyyəsi arteriya divarları remodelləşdirmə pozulmalarına əhəmiyyətli təsir göstərir. Bu hal həm metabolik sindromla yanaşı, həm də metabolik sidromu olmayan 2-ci tip şəkərli diabeti olan xəstələrdə daha qabarıq şəkildə özünü göstərir.

Downloads

Download data is not yet available.

Опубликован

2023-05-10

How to Cite

Rzayeva, R., & Qurbanov, Y. (2023). METABOLİK SİNDROMLU VƏ SİNDROMSUZ 2-ci TİP ŞƏKƏRLİ DİABETLİ XƏSTƏLƏRDƏ BOYNUN VƏ AŞAĞI ƏTRAFLARIN MAGİSTRAL ARTERİYALARININ REMODELLƏŞMƏSİNƏ ARTERİAL TƏZYİQİN TƏSİRİ. Azərbaycan Tibb Jurnalı, (2), 92–96. https://doi.org/10.34921/amj.2023.2.014

Выпуск

Раздел

KLİNİK TƏDQİQATLAR