UŞAQLARDA AUTOİMMUN TİREOİDİT ZAMANI İMMUN SİSTEMİN VƏ MİKROELEMENT MÜBADİLƏSİNİN VƏZİYYƏTİ
DOI
https://doi.org/10.34921/amj.2023.2.012Açar sözlər
autoimmun tireoidit, sitokinlər, limfositlər, selen, mikroelementlərXülasə
Autoimmun tireoiditi olan uşaqlarda immun sistemin və mikroelementlərin səviyyəsi və onlar arasındakı qarşılıqlı əlaqənin araşdırılması məqsədilə tədqiqat aparılmışdır. Tədqiqat qrupuna autoimmun tireoiditi olan 83 xəstə uşaq, kontrol qrupa isə 15 praktik sağlam uşaq daxil edilmişdir. Tədqiqata cəlb edilmiş xəstə uşaqlarda tireoid vəzinin funksional vəziyyəti öyrənilmiş (qan serumun TSH, st3, sT4 hormonları və anti-TPO və anti-TQ antitelləri), eutireoz funksional vəziyyətdə olan və sağlam uşaqlarda immun göstəricilər – qan serumunda immunoferment (İFA) metodu ilə IL-1, IL-6, TNF-α-nın konsentrasiyası təyin edilmişdir. Qan serumunda selen atom-absorbsion spektroskopiya metodu ilə, mis və sink kolorimetriya metodu ilə, dəmirin konsentrasiyası isə spektrofotometriya metodu ilə təyin edilmişdir. Sidikdə yodun konsentasiyasının təyini selektiv fotometriya metodu ilə aparılmışdır. Tədqiqat göstərmişdir ki, xəstələrin qan serumunda IL-1-in konsentrasiyası kontrol qrupla müqayisədə 2 dəfə, İL-6 konsentrasiyası 3,6 dəfə, TNF-α konsentrasiyası 3 dəfə artaraq kontrol qrupla nisbətdə əhəmiyyətli fərqlər aşkar edilmişdir. Mikroelementlərdən selenin qan serumunda konsentrasiyası kontrol qrupla müqayisədə statistik əhəmiyyətli şəkildə azalmışdır. Alınan nəticələrə əsasən qan serumunda selenin konsentrasiyası və iltihabtörədici sitokinlərin yüksək səviyyələri ilə Anti-TPO antiteli arasında statistik əhəmiyyətli korrelyativ əlaqə müşahidə edilmişdir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2023 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


