MÜXTƏLİF SAĞALMA MƏRHƏLƏLƏRİNDƏ OLAN ŞİZOFRENİYA XƏSTƏLƏRİNİN EHTİYACLARI

Авторы

  • С.F. İsmayılova Psixi Sağlamlıq Mərkəzi
  • B.M. Əsədov Azərbaycan Tibb Universitetinin
  • G.Ç. Gəraybəyli Azərbaycan Tibb Universitetinin

DOI:

https://doi.org/10.34921/amj.2023.2.011

Ключевые слова:

şizofreniya, ehtiyaclar, reabilitasiya

Аннотация

Məqalədə şizofreniya xəstələrinin klinik əlamətlərindəki dəyişiklikləri və onların ehtiyacları ilə funksional sağalma mərhələləri arasındaki əlaqələri öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Dizayn olaraq kross-seksion tədqiqat üsulu seçilmişdir. Bakı Psixi Sağlamlıq Mərkəzində və Respublika Psixiatriya Xəstəxanasında psixososial reabilitasiyada iştirak edən 52 şizofreniya xəstəsi tədqiqata daxil edilmişdir. Qısa Psixiatrik Qiymətləndirmə Şkalası (BPRS), Tələbatların Qiymətləndirilməsi üzrə Kembervil Şkalası (CANSAS) və Sağalma Mərhələlərinin Müəyyən edilməsi üzrə Şrflf (STORI) istifadə edilmişdir. Tədqiqata əsasən belə nəticəyə gəlmək olar ki, şizofreniya zamanı funksional sağalma Moratorium, Dəyişmə və Şəxsiyyətin inkişafı mərhələlərini özündə birləşdirən üçpilləli proses kimi baxılması məqsədəuygundur. Bu zaman sağalmanın hər mərhələsi ehtiyacların kəmiyyəti və strukturu ilə assosiasiya olunur və ilk növbədə funksional ehtiyacların əhəmiyyətli dərəcədə azalması ilə özünü göstərir. Daha yüksək mərhələli sağalmaya keçid, şizofreniya xəstələrinin fəaliyyətinin artması deməkdir. Dəyişmə və Şəxsiyyətin inkişafı mərhələsində şizofreniya xəstələrinin özünə qulluq, uşaqlara qulluq, ev işlərini yerinə yetirmək, gündəlik fəaliyyəti təşkil etmək qabiliyyətləri bərpa olunur.

Downloads

Download data is not yet available.

Опубликован

2023-05-10

How to Cite

İsmayılova С., Əsədov, B., & Gəraybəyli, . G. (2023). MÜXTƏLİF SAĞALMA MƏRHƏLƏLƏRİNDƏ OLAN ŞİZOFRENİYA XƏSTƏLƏRİNİN EHTİYACLARI. Azərbaycan Tibb Jurnalı, (2), 73–80. https://doi.org/10.34921/amj.2023.2.011

Выпуск

Раздел

KLİNİK TƏDQİQATLAR