UŞAQLARDA SARS-CoV-2 İNFEKSİYASININ KLİNİK VƏ LABORATOR XÜSUSİYYƏTLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2023.2.009Açar sözlər
COVID-19, klinik əlamətlər, laborator göstəricilərXülasə
Məqalədə uşaqlarda COVID-19 infeksiyasının klinik və laborator parametrlərini öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Bu məqsədlə tədqiqata yaşı 18-dən aşağı olan 75 xəstə uşaq daxil edilmişdir. Araşdırılan bütün xəstələrin burun-udlağından görürülmüş patoloji materialda SARS-CoV-2 virus RNT sınağı müsbət olmuşdur. Tədqiqata daxil olan xəstələr ağırlıq dərəcəsinə görə 2 qrupa bölünmüşdür: I qrupa orta ağır qiymətləndirilən 49(65,3%), II qrupa ağır qiymətləndirilən 26 (34,7%) xəstəsi COVID-19 daxil edilmişdir. Xəstələrin müayinə metodlarına anamnestik, klinik, instrumental və laborator müayinələr (qanın ümumi və biokimyəvi analizi, iltihabi markerlərin ferritin, fibrinogen, Ddimer) daxil edilmişdir. Müayinə zamanı bədən temperaturunu artması (66 uşaqda, 88,0%) və öskürək (74 uşaqda 98,7%) ən çox qeydə alınan hallar olmuşdur. Tədqiqatın nəticələrinə əsasən uşaqlarda xəstəliyin gedişatı yetkin insanlardan fərqli olaraq qənaətbəxşişdir. COVID-19-pozitiv xəstə uşaqlarda aparılmış laborator müayinələr əsasında qanda limfositoz və trombositopeniyaya meyillik, EÇS-in, CRP, ferritin, Ddimer, fibrinogen səviyyəsinin artması müşahidə edilmişdir. Qruplar arasında müqayisədə II qrupda I qrupa nisbətdə ferritin, D-dimer, fibrinogen səviyyələri artmışdır. COVID-19-pozitiv uşaqlarda xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq ferritin, D-dimer, fibrinogenin təyin edilməsi xəstəliyin erkən diaqnostikası və monitorinqi üçün məqsədəuyğundur.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2023 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


