VAXTINDAN ƏVVƏL DOĞULMUŞ UŞAQLARDA NEKROTİK ENTEROKOLİT ZAMANI ABDOMİNAL OKSİGENASİYA İLƏ İNTESTİNAL ZƏDƏLƏNMƏ ARASINDA ƏLAQƏ

Авторы

  • İ.İ. Hüseynova Azərbaycan Tibb Universitetinin

DOI:

https://doi.org/10.34921/amj.2023.2.008

Ключевые слова:

vaxtından əvvəl doğulmuşlar, nekrotik enterokolit, NİRS, claudin-3

Аннотация

Məqalədə nekrotik enterokolitə (NEK) şübhə olan vaxtından əvvəl doğulmuş uşaqlarda xəstəliyin erkən diaqnostikası və gedişinin proqnozlaşdırılması məqsədilə abdominal oksimetriyadan istifadə edilməklə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Hər iki cinsdən tədqiqata NEK-ə şübhə olan 88 uşaq daxil edilmişdir. Kontrol qrup kimi vaxtından əvvəl doğulmuş 30 şərti-sağlam uşaq götürülmüşdür. NEK-ə şübhə olan 88 uşaqdan 43-ü qız, 45-i isə oğlan, kontrol qrupda isə uşaqların 15-i qız, 15-i isə oğlan olmuşdur. Xəstə və sağlam uşaqların serebral və abdominal regional oksigenasiya göstəriciləri Somanetics INVOS 5100C Covidien, Medtronic, USA, 2006 firmasına məxsus oksimetrin NIRS diaqnostik üsulu vasitəsilə (Yaxın infraqırmızı spektroskopiya/Near infrared spectroscopy); bağırsağın baryer funksiyasının pozulmasının göstəricisi isə BT LAB firmasına məxsus reaktiv dəstlərindən istifadə etməklə, sidikdə claudin-3 qeyri-invaziv İFA metodu ilə təyin edimişdir. Tədqiqat göstərmişdir ki, NEK-ə şübhə olan vaxtından əvvəl doğulan uşaqlarda oksimetriya göstəriciləri kontrol qrupla müqayisədə azalır. Bu zaman claudin-3-ün bağırsaqda səviyyəsinin azalması və nəticədə sidik vasitəsilə çıxarılmasının artması qeyd olunmuşdur. Beləliklə, aparılan tədqiqatın nəticələrinə əsasən demək olar ki, NEK-ə şübhə olan vaxtından əvvəl doğulmuş uşaqlarda NİRS və claudin-3 xəstəliyin diaqnostikası və gedişinin proqnozlaşdırılmasında erkən və etibarlı markerləri ola bilər.

Downloads

Download data is not yet available.

Опубликован

2023-05-10

How to Cite

Hüseynova , İ.İ. (2023). VAXTINDAN ƏVVƏL DOĞULMUŞ UŞAQLARDA NEKROTİK ENTEROKOLİT ZAMANI ABDOMİNAL OKSİGENASİYA İLƏ İNTESTİNAL ZƏDƏLƏNMƏ ARASINDA ƏLAQƏ . Azərbaycan Tibb Jurnalı, (2), 55–60. https://doi.org/10.34921/amj.2023.2.008

Выпуск

Раздел

KLİNİK TƏDQİQATLAR