QARIN BOŞLUĞU ORQANLARININ ODLU SİLAHLA ZƏDƏLƏNMƏSİNİN ULTRASONOQRAFİK VƏ RENTGENOLOJİ DİAQNOSTİKASI

Müəlliflər

  • R.Ya. Abdullayev Xarkov Diplomdansonrakı Tibb Akademiyasının Ultrasəs müayinəsi kafedrası
  • İ.A. Lurin Ukrayna Milli Tibb Elmləri Akademiyası
  • V.Ya. Belıy Ukrayna Hərbi Tibb Akademiyası
  • F.İ. Kulikova Dnipro Dövlət Tibb Universiteti
  • Ya.L. Zarutski Ukrayna Hərbi Tibb Akademiyası
  • O.İ. Solodyanikova Ukrayna Milli Tibb Elmləri Akademiyası
  • A.Q. Kiriçenko Ukrayna Səhiyyə Nazirliyinin Tibbi və Sosial Əlillik Problemləri üzrə Dövlət Tədqiqat İnstitutu
  • N.V. Tomax 5Ukrayna Səhiyyə Nazirliyinin Tibbi və Sosial Əlillik Problemləri üzrə Dövlət Tədqiqat İnstitutu
  • V.N. Xomyakov Ukrayna Səhiyyə Nazirliyinin Tibbi və Sosial Əlillik Problemləri üzrə Dövlət Tədqiqat İnstitutu

DOI

https://doi.org/10.34921/amj.2023.2.003

Açar sözlər

qarın boşluğu orqanları, ultrasonoqrafik və radioloji diaqnostika, odlu silah zədələnməsi

Xülasə

Məqalədə 71 xəstədə odlu silahla yaralanma zamani qarın boşluğu orqanlarında törənmiş 128 zədələnmənin diaqnostikasında ultrasəs və rentgenoloji tədqiqat metodlarının nəticələri təqdim edilmişdir. Qarın boşluğunun güllə yaraları ilə nazik və yoğun bağırsaqlar daha tez-tez zədələnir (p<0,001), sonrakı yerləri qaraciyər, böyrəklər, mədə, dalaq və sidik kisəsi zədələnmələri tutur. Qarın boşluğu orqanlarınin zədələnməsinin rentgenoloji diaqnostikası parenximal orqanlara nisbətən daha tez-tez etibarlı nəticə vermişdir (P<0,001). Qarın boşluğunda və retroperitoneal boşluqda sərbəst qaz cəmi 83 zədələnmə halında – onlardan rentgenoqrafiya ilə 76 (91,6±3,0%), ultrasəs müayinəsi ilə 54 (65,1±5,2%) zədələnmə halında (p<0,001), sərbəst maye cəmi 34 halda zədələnmə sahəsində olmuşdur. Onlardan 11 (32,4±8,0%) halda sərbəst maye rentgenoqrafiya ilə və 32 (94,1±4,0%) halda (p<0,001) ultrasəs müayinəsi ilə aşkar edilmişdir.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2023-05-10

Necə istinad edilir

Abdullayev, R., Lurin, . İ.A., Belıy , V., Kulikova, F., Zarutski, Y., Solodyanikova, O., … Xomyakov, V. (2023). QARIN BOŞLUĞU ORQANLARININ ODLU SİLAHLA ZƏDƏLƏNMƏSİNİN ULTRASONOQRAFİK VƏ RENTGENOLOJİ DİAQNOSTİKASI. Azərbaycan Tibb Jurnalı, (2), 21–27. https://doi.org/10.34921/amj.2023.2.003

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR