BAKI ŞƏHƏRİNDƏ PSİXOAKTİV VASİTƏLƏRDƏN ASILILIĞIN YAYILMASININ SOSİAL-DEMOQRAFİK VƏ PROFİLAKTİK ASPEKTLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2023.2.001Açar sözlər
psixoaktiv maddələr, narkomaniya, sosial-demoqrafik göstəricilər, zəhərlənmə və doza aşırımıXülasə
Məqalədə Bakı şəhərində narkotik maddələrdən istifadə edilməsini kompleks şəkildə araşdırmaq məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Bu məqsədlə 2011-2015-ci illər ərzində Respublika Narkoloji Mərkəzində Bakı şəhəri əhalisindən qeydiyyatda olan 2954 nəfər narkomaniyadan əziyyət çəkən xəstənin və narkotik məddlər qəbul edən”gizli” kontingent olan 1076 şəxsin, Respublika Toksikoloji Mərkəzində narkotik maddələrin (tiryək və heroin) istifadəsi nəticəsində zəhərlənmə və doza aşırımı ilə stasionar müalicədə olan 266 xəstənin məlumatları araşdırılmış, onların sosial-demoqrafik göstəricilərinin müqaisəli təhlili aparılmışdır. Tədqiqat göstərmişdir ki, ”gizli” kontingent olan şəxslərdə qadınların payı əhəmiyyətli dərəcədə çoxluq təşkil edir, xəstələrin böyük əksəriyyəti 21-40 yaşda olan şəxslərdir. Son 5 il ərzində Respublika Toksikoloji Mərkəzində narkoistifadəcilərin 266 nəfəri narkotik vasitələrin doza aşırımı və zəhərlənmə vəziyyətləri ilə əlaqədar stasionar müalicədə olmuş və onlardan 249 nəfər kəskin vəziyyətdən çıxaraq evə yazılmış, 17 nəfər isə aparılmış müalicə tədbirlərinə baxmayaraq ölmüşdür, yəni stasionar letallıq 6,39% təşkil etmişdir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2023 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


