HEAVY METALS EFFECT ON ESTROGEN AND PROGESTERONE RECEPTORS EXPRESSION IN THE RAT UTERUS

Müəlliflər

  • K.A. Sikora Sumı Dövlət Universitetinin
  • Yu.N. Lındina Sumı Dövlət Universitetinin
  • N.İ. Hiryavenko Sumı Dövlət Universitetinin
  • E.V. Avuah Sumı Dövlət Universitetinin
  • T. Abdul-Rahman Sumı Dövlət Universitetinin
  • N.S. Lındin Sumı Dövlət Universitetinin
  • V.V. Sikora Sumı Dövlət Universitetinin
  • A.N. Romanyuk Sumı Dövlət Universitetinin

DOI

https://doi.org/10.34921/amj.2022.4.026

Açar sözlər

balalıq, ağır metallar, reseptorlar, estrogen, progesteron

Xülasə

Məqalədə ağır metalların (AM) siçovul balalığından estrogen (ER) və progesteron (PR) reseptorlarının ekspressiyasına təsirini və E vitamininin mühafizəedici effektini araşdırmaq məqsədilə aparılmış tədqiqat haqqında məlumat verilmişdir. Bu məqsədlə dişi siçovullar 90 gün ərzində ağır metal birləşmələri ilə (sink, mis, dəmir, manqan, qurğuşun və xrom) suyun təsirinə uğradılmışdır. Təcrübə aparılan heyvanlar 3 qrupa bölünmüşdür: I qrup – adi içməli su verilən heyvanlar; II qrup – peroral yolla vaxtaşırı AM-lə zəngilləşdirilmiş su içirdirilənlər; III qrup – AM-lə birgə E vitamini alan heyvanlar. Estrogen və progesteron reseptorlarının immunkimyəvi metodla tədqiqi üçün heyvanların balalıq toxumasının kəsikləri “Ultra Vision Quanto Detection System HRP DAB Chromogen” sistemi ilə boyadılmışdır. Tədqiqat göstərmişdir ki, II və III qrup heyvanların balalığının stroma və endometriumundan ER kontrol qrupdakına nisbətən az ekspressiya edilir və bu, hüceyrələrin boyaq maddəsini zəif qəbul etməsi ilə təzahür edir. Analoji vəziyyət (zəif boyanma və boyanmış hüceyrələrin azlığı) miometriumda da müşahidə edilir. Tədqiqatdan aydın olmuşdur ki, endometriumun stromadan, epitel qişasından və boylama əzələ liflərindən progesteron reseptorlarının ekspressiyası azalsa da, həlqəvi əzələlərdə belə dəyişiklik baş vermir. Bundan əlavə, III qrupda (AM-lə birgə E vitamini alan heyvanlar) estrogen və progesteron reseptorlarının ekspressiyası II qrupun heyvanlarındakından (yalnız ağır metallar alanlardan) fərqli olmuşdur.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2022-12-15

Necə istinad edilir

Sikora , K., Lındina , Y., Hiryavenko , N., Avuah, . E., Abdul-Rahman, T., Lındin , N., … Romanyuk , A. (2022). HEAVY METALS EFFECT ON ESTROGEN AND PROGESTERONE RECEPTORS EXPRESSION IN THE RAT UTERUS. Azərbaycan Tibb Jurnalı, (4), 164–169. https://doi.org/10.34921/amj.2022.4.026

Nömrə

Bölmə

EKSPERİMENTAL VƏ NƏZƏRİ TƏBABƏT