REVMATOİD ARTRİTİN MÜALİCƏSİNDƏ İL-6 ƏLEYHİNƏ MONOKLONAL ANTİCİSİMLƏRİN TƏTBİQİNİN PERSPEKTİVLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2022.4.023Açar sözlər
revmatoid artrit, monoklonal anticisimciklər, olokizumab, interleykin-6Xülasə
Təqdim edilmiş məqalədə revmatoid artritin 3-cü fazasında olokizumabın (OKZ) effektivliyini 2 tətbiq rejimində öyrənmək üçün aparılmış 3 tədqiqat işinin müqayisəli təhlili şərh edilmişdir. 2 tətbiq rejimində qiymətləndirmə aparılmışdır: OKZ-nin 64 mq-lıq dozada hər 2 həftədənbir və hər dörd həftədənbir tətbiqi plasebo və adalimumabla (CREDO 2) metotreksat (MT) əlavə edilməklə tədqiq edilmişdir. Tədqiqat metotreksata (CREDO 1 və CREDO 2) və şiş nekrozu faktorunun inhibitoruna (CREDO 3) qeyri-kafi reaksiyası olan insan populyasiyası ilə müqayisədə aparılmışdır. Tədqiqat OKZ-nin adalimumab (ADA) ilə müqayisədə daha effektiv olduğunu göstərmişdir: ikihəftədənbir OKZ alan xəstələrdən 70,3 %-də, dördhəftədənbir alanlardan isə 71,4 %-də müsbət effekt alındığı halda ADA-nın tətbiqi zamanı nisbi yaxşılaşma xəstələrdən 66,9 %-də plasebonun tətbiqi zamanı isə 44,4 %-də qeydə alınmışdır. ACR 20 (American College of Rheumatology – 20) meyarları üzrə cavab tezliyi cinsiyyətdən, yaşdan, bədən kütləsi indeksindən, RA-nın agırlıq dərəcəsindən, metotreksatla müalicənin müddətindən, tsiklik sitrullinləşmiş zülalların və revmatoid faktorunun qandakı qatılığından asılı olmamışdır. OKZ ilə müalicə alan xəstələrdə müxtəlif effektivlik göstəricilərinin, o cümlədən həyat keyfiyyətinin müsbət dinamikası qeydə alınmışdır. CREDO 3 tədqiqatında da analoji nəticələr əldə edilmişdir. Eyni zamanda OKZ ilə müalicənin “Faydalılıq-risk” nisbətinin qiymətləndirilməsinə mənfi təsir göstərə biləcək heç bir əlamət müşahidə edilməmişdir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2022 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


