GÖZ ALMASI TOXUMALARINDA HİPOKSİYA İLƏ İNDUKSİYA OLUNMUŞ APOPTOZ

Авторы

  • P.İ. Musayev Аzərbaycan Tibb Universitetinin
  • Yu.V. Markitantova REA Koltsov adına İnkişaf Biologiyası İnstitutu
  • X.F. Babayev Azərbaycan Milli Elmlər Akademiyası A.İ.Qarayev ad. Fiziologiya İnstitutu, Bakı, Azərbaycan; 4 MedKvadrat” Tibb Klinikası
  • А.А. Ryabtseva MedKvadrat” Tibb Klinikası
  • S.İ. Əkbərova MedKvadrat” Tibb Klinikası

DOI:

https://doi.org/10.34921/amj.2022.4.022

Ключевые слова:

kəskin hipoksiya, göz, apoptoz

Аннотация

Məqalədə kəskin hipoksik hipoksiyanın və kəskin hipobarik hipoksiyanın göz toxuması hüceyrələrinə təsirini öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Wistar xəttindən olan erkək siçovullardan istifadə edilmişdir (hər qrupda 8 heyvan, cəmi 24 siçovul), tədqiqat obyektləri üç qrupa ayrılmışdır: I qrup – intakt (control), II qrup – hipoksiyadan 1 saat sonra, III qrup – hipoksiyadan 3 saat sonra. Göz toxumalarında apoptotik hüceyrələrin identifikasiyası dondurulmuş göz alması kəsiklərində TUNEL metodu ilə aparılaraq, sonradan Hoechst 33342 nüvə flüoressent boyası ilə əlavə boyanılmışdır. Zədələnmiş hüceyrələrdə flüoressensiyanın lokalizasiyası və intensivliyi Image J kompyuter proqramından istifadə edilərək flüoressent mikroskop altında müşahidə edilmişdir. Tədqiqat göstərmişdir ki, heyvanlar kəskin hipobarik hipoksiyaya məruz qaldıqda, yalynız konyunktiva hüceyrələrində və buynuz qişanın ön epitelində ilkin apoptotik zədələnmə törənir. Ancag modelləşdirilmiş kəskin hipoksik hipoksiya şəraitində konyunktivanın, buynuz qişa epitelinin, hemçinin xorioid və tor qişanın fotoreseptor təbəqəsinin də apoptotik zədələnməsi müşahidə edildi. Beləliklə, müxtəlif üsullarla törədilmiş hipoksiya zamanı yetkin siçovullarda gözün müxtəlif hissələrində göz toxumasının hüceyrələri apoptotik zədələnməyə fərqli həssaslıqla cavab verir.

Downloads

Download data is not yet available.

Опубликован

2022-12-15

How to Cite

Musayev, . P., Markitantova , Y., Babayev , X., Ryabtseva А., & Əkbərova , S. (2022). GÖZ ALMASI TOXUMALARINDA HİPOKSİYA İLƏ İNDUKSİYA OLUNMUŞ APOPTOZ . Azərbaycan Tibb Jurnalı, (4), 142–147. https://doi.org/10.34921/amj.2022.4.022

Выпуск

Раздел

EKSPERİMENTAL VƏ NƏZƏRİ TƏBABƏT