UŞAQLARDA ALT ÇƏNƏ SINIQLARININ KLİNİK-RENTGENOLOJİ XÜSUSİYYƏTLƏRİ

Авторы

  • R.İ. Yeqorov A.A.Boqomolets adına Ukrayna Milli Tibb Universiteti

DOI:

https://doi.org/10.34921/amj.2022.4.021

Ключевые слова:

çənə sümüyü, traumatic fractures of the mandible

Аннотация

Məqalədə uşaq və yeniyetmələrdə alt çənənin travmatik sınıqlarının klinik-rentgenoloji xüsusiyyətlərinin təhlilinə dair tədqiqat işinin nəticələri şərh edilmişdir. Bundan ötrü yaşı 4 aylıqdan 17 ilə qədər olan 34 uşaq üzərində müşahidə aparılmışdır. Xəstələrdən 23 nəfəri (67,6 %) oğlanlar, 11 nəfəri (32,4 %) qızlar idi (oğlan/qız nisbəti  2,1:1). Alt çənənin cisminin ayrılıqda sınığı halları 74 % (n=25), çənə sümüyunun tac çıxıntısının müştərək sınıqları 26% olmuşdur. Tədqiqat göstərmişdir ki, alt çənə sümüyünün travmatik sınıqlarının sayı uşaqlar arasında yaş artdıqca çoxalır, 13-17 yaş arasında xüsusilə çox rast gəlinir və oğlanlarda daha çox törənir. Alt çənənin ayrıca sınıqları arasında mental dəlik və parasimfiz sahələrinin sınıqları üstünlük təşkil edir. İkili və çoxsaylı sınıqlara isə əsasən parasimfiz və tac çıxıntı nahiyələrində rast gəlinmişdir.

Downloads

Download data is not yet available.

Опубликован

2022-12-15

How to Cite

Yeqorov , R. . (2022). UŞAQLARDA ALT ÇƏNƏ SINIQLARININ KLİNİK-RENTGENOLOJİ XÜSUSİYYƏTLƏRİ . Azərbaycan Tibb Jurnalı, (4), 136–141. https://doi.org/10.34921/amj.2022.4.021

Выпуск

Раздел

KLİNİK TƏDQİQATLAR