CAPABILITY OF ULTRASONOGRAPHY IN THE DIAGNOSIS OF RECTAL CANCER

Авторы

  • O.V. Şerbina P.L.Şupik adına Milli Səhiyyə Universitetinin
  • O. V. Koval P.L.Şupik adına Milli Səhiyyə Universitetinin
  • M.N. Jayvoronok P.L.Şupik adına Milli Səhiyyə Universitetinin
  • İ.V. Krijanovskaya Kharkiv Medical Academy of Postgraduate Education
  • T.A. Dudnik Ukrayna Tibbi-Stomatologiya Akademiyasının

DOI:

https://doi.org/10.34921/amj.2022.4.020%20

Ключевые слова:

rektal xərçəng, ultrasonoqrafiya

Аннотация

Məqalədə düz bağırsaq xərçənginin (DBX) diaqnostikasında ultrasonoqrafiyanın tətbiqindən alınan (USQ) nəticələr haqqında məlumat verilmişdir. Tədqiqata düz bağırsaq xərçəngi olan 49 xəstənin USQ müayinəsinin nəticələri daxil edilmişdir. Onlardan 2 xəstədə rektal xərçəng T1 mərhələdə, 11 xəstədə T2 mərhələdə, 27 xəstədə T3 və 9 xəstədə T4 mərhələdə idi. 4 xəstədə şiş əsasən polipəbənzər, 39 xəstədə xoralı-infiltrativ və 6 xəstədə ekzofit tipli olmuşdır. Göstərilmişdir ki, düz bağırsaq xərçənginin (DBX) xoralı infiltrativ formasına etibarlı şəkildə (79,6±5,8%) daha tez-tez rast gəlinir. DBX-nin son mərhələsi (T3+T4) 73,5%, erkən mərhələsi isə 26,5% (p<0,001) hallarda diaqnozlaşdırılıb. Rektal ultrasonoqrafiya düz bağırsaq xərçənginin erkən mərhələsini 11(22,4±6,0%) xəstədə, kompyuter tomoqrafiyası isə 5 (10,2±4,3%) xəstədə aşkar edib. Kiçik çanağın limfa düyünlərinin metastazı kompyuter tomoqrafiyası ilə 23 (74,2±7,9%) xəstədə, rektal ultrasonoqrafiya isə 8 (25,8±7,9%) xəstədə (p<0,001) aşkar edilib. Tədqiqata əsasən belə nəticəyə gəlmək olar ki, rektal ultrasonoqrafiya düz bağırsaq xərçənginin erkən mərhələsində kompyuter tomoqrafiyadan daha effektlidir. Ancaq kompyuter tomoqrafiya vasitəsilə kiçik çanağın limfa düyünlərinin metastazı rektal ultrasonoqrafiyadan daha yaxşi aşkar edilir.

Downloads

Download data is not yet available.

Опубликован

2022-12-15

How to Cite

Şerbina , O., Koval, . O. V. ., Jayvoronok , M. ., Krijanovskaya , İ.V. ., & Dudnik , T. (2022). CAPABILITY OF ULTRASONOGRAPHY IN THE DIAGNOSIS OF RECTAL CANCER. Azərbaycan Tibb Jurnalı, (4), 128–135. https://doi.org/10.34921/amj.2022.4.020

Выпуск

Раздел

KLİNİK TƏDQİQATLAR