KOKSARTROZLU PASİYENTLƏRDƏ ENDOPROTEZLƏMƏ ZAMANI MİNİMAL İNVAZİV CƏRRAHİYYƏ ÜSULLARININ TƏTBİQİNİN EFFEKTİVLİYİ

Авторы

  • C.Ə. Nəsirli Azərbaycan Tibb Universitetinin Travmatologiya

DOI:

https://doi.org/10.34921/amj.2022.4.018

Ключевые слова:

koksartroz, endoprotezləmə, VAS şkalası, DAS28, EÇS, C-reaktiv zülal

Аннотация

2003-2018-ci tarixlər arasında koksartrozla ələqədar həyata keçirilən endoprotezləşdirmə əməliyyatlarının yaşa və cinsiyyətə görə retrospektiv analizi aparılmışdır. Bud-çanaq oynağında endoprotezləmə əməliyyatı aparılmış 791 nəfər pasiyentdən 619 nəfərini qadınlar təşkil etmişdir. Müvafiq tədqiqat obyektlərinin xəstəliklərinin analizi zamanı pasiyentlər 17-19, 20-29, 30-39, 40-49, 50-59, 60-69 və 70 və daha yuxarı yaş olmaqla qruplara bölünmüş və onlarda yaş qrupları üzrə 25 parametr üzrə qiymətləndirmə aparılmışdır. Koksartrozlu pasiyentlərdə müxtəlif üsullarla endoprotezləmədən əvvəl və sonra oynaq xəstəliklərinin aktivlik indeksi göstəricilərinin və qanda EÇS və C-reaktiv zülal səviyyələrinin müqayisəli şəkildə müəyyənləşdirilməsi məqsədilə 25 nəfərdə posterolateral, 25 nəfərdə Hardinge üsulu ilə və 30 nəfərdə müəllifin təklif etdiyi üsulla endoportezləmə həyata keçirilmiş, ümumilikdə 80 nəfər tədqiqata cəlb edilmişdir. Tədqiqat zamanı posterolateral texnika ilə endoportezləmə edilmiş qrupda VAS-ağrı şkalasının orta göstəricisi 26,6±0,40 mm olmasına baxmayaraq, endoportezləmədən sonrakı 6-cı ayda bu göstərici bir qədər azalaraq, qrup üzrə orta hesabla 23,1±0,21 mm-ə enmişdir, müəllifin təklif etdiyi texnika ilə endoprotezləmə edilmiş tədqiqat qrupunda əməliyyatdan əvvəl pasiyentlərin DAS28 parametrlərinin orta göstəricisi 27,5±0,36 müəyyənləşdirilmişdir. Qan nümunələrində qeydə alınan minimal və maksimal CRP səviyyəsi müvafiq olaraq, 6,6 mq/L və 10,7 mq/L olmuşdur. 12-ci ayda qan müayinələrinin analizi zamanı müşahidə edilən maksimal və minimal CRP-nin qrup üzrə orta göstəricisi azalaraq, 5,4±0,11 mq/L səviyyəsində olmuşdur.

Downloads

Download data is not yet available.

Опубликован

2022-12-15

How to Cite

Nəsirli , C. . (2022). KOKSARTROZLU PASİYENTLƏRDƏ ENDOPROTEZLƏMƏ ZAMANI MİNİMAL İNVAZİV CƏRRAHİYYƏ ÜSULLARININ TƏTBİQİNİN EFFEKTİVLİYİ . Azərbaycan Tibb Jurnalı, (4), 115–120. https://doi.org/10.34921/amj.2022.4.018

Выпуск

Раздел

KLİNİK TƏDQİQATLAR