XORA MƏNŞƏLİ QASTRODUODENAL QANAXMALARIN KARDİOVASKULYAR PATOLOGİYA İLƏ AĞIRLAŞMIŞ HALLARINDA İMMUN SİSTEMİN VƏZİYYƏTİ NƏZƏRƏ ALINMAQLA APARILAN MÜALİCƏ TAKTİKASININ VƏ FİZİKİ TERAPİYANIN XÜSUSİYYƏTLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2022.4.016%20Açar sözlər
mədə-bağırsaq qanaxmaları, ürək-damar sistemi patologiyası, Forrest təsnifatıXülasə
Məqalədə yaşı 61-dən 90-a qədər olan 635 nəfər xoramənşəli qastroduodenal qanaxmaya (QDQ) məruz qalmış xəstənin məlumatlarının retrospektiv təhlilinin nəticələri şərh edilmişdir. Birinci qrupa daxil edilmiş 565 (89 %) pasiyent hipertenzinçevirici fermentin inhibitorlarından, beta-blokatorlardan, kalsium kanallarının blokatorundan və diuretiklərdən daxil olan klassik müalicə almışdır. 70 nəfər (11 %) pasiyentdən ibarət olan ikinci qrupda “ikiqat” müalicə tətbiq edilmişdir. Bu müalicə üsuluna bilavasitə və ya vasitəli yolda təsir göstərən antikoaqulyantlar və ya varfarin və antikoaqulyantlarla birgə yuxarıda adı çəkilən hipotenziv təsirli komponent daxil edilmişdir. Xəstələrdə yerli hemostaz özefaqoqastroduodenoskopiya vasitəsilə qiymətləndirilmişdir. Qanda İL-6, İL10, -şiş nekrozu amili (ŞNA-alfa) və 1-ci transformasiyaedici böyümə amili (transforming growth factor-1) TGF-1 təyin edilmişdir. Ürək-damar sisteminin patologiyası olduğuna görə gücləndirilmiş (“ikili”) müalicə almış xəstələr arasında vəziyyəti qanaxma və ya qeyri-stabil homostazla ağırlaşmalar daha çox olmuşdur (70 xəstə 11 %). 21 xəstə (3,2 %) davam edən aktiv qanaxmaya görə təxirəsalınmaz operativ müdaxiləyə məruz qalmışdır. Postoperasion letallıq 13,6 % olmuşdur. Xəstələrin əksəriyyəti (96,6 %) konservativ üsulla müalicə edilmişdir. Kəskin kardiovaskulyar patologiyası olan xəstələr istisnasız olaraq qastroduodenal qanaxmadan (QDQ) palliativ üsulla cərrahi müalicə edilmişdir. QDQ ilə birgə ağır ürək-damar patologiyası olan və “ikili” müalicə alan xəstələrdə massiv qanaxma daha böyük tezliklə müşahidə edilmişdir. Bu kateqoriyadan olan xəstələrdə sitokinlərin səviyyəsi xəstəliyin ağırlıq dərəcəsi ilə korrelyasiyada idi.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2022 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


