TRANSLYUMBAL ELEKTROİMPULS STİMULYASİYASININ URETEROLİTİAZLI PASİYENTLƏRDƏ SİDİK AXARLARININ PERİSTALTİK AKTİVLİYİNƏ TƏSİRİ

Авторы

  • S.M. Kolupayev Xarkov Milli Tibb Universiteti; V.Şapoval ad. Vilayət Klinik Tibbi Urologiya və Nefrologiya Mərkəzi
  • V.N. Lesovoy V.N. Xarkov Milli Tibb Universiteti; V.Şapoval ad. Vilayət Klinik Tibbi Urologiya və Nefrologiya Mərkəzi
  • N.M. Andonyeva Xarkov Milli Tibb Universiteti; V.Şapoval ad. Vilayət Klinik Tibbi Urologiya və Nefrologiya Mərkəzi
  • O.L. Tovajnyanskaya Xarkov Milli Tibb Universiteti
  • O.O. Heletka Xarkov Milli Tibb Universiteti
  • M.E. Chernyak Xarkov Milli Tibb Universiteti
  • V.V. Qargin Xarkov Milli Tibb Universiteti; Xarkov Beynəlxalq Tibb Universiteti

DOI:

https://doi.org/10.34921/amj.2022.4.015%20

Ключевые слова:

ureterolitiaz, translyumbal elektroimpuls stimulyasiyası, peristaltika

Аннотация

Məqalədə böyrək ləyənciyinin və pielouretral seqmentin peysmeyker zonalarının translyumbal elektroimpuls stimulyasiyasının urolitiazlı xəstələrdə sidik axarlarının peristaltik aktivliyinə təsirini öyrənmək məqsədilə aparılmış tədqiqat haqqında məlumat verilmişdir. Tədqiqata yaşı 20-dən 67-yə qədər olan 54 (31 kişi, 23 qadın) ureterolitizalı xəstə cəlb edilmişdir. Daşların ölçüləri 4-7 mm arasında olmuş, xəstələrdən 40 nəfərdə (71%) tək, 14 nəfərdə (25,9%) çoxsaylı sidik daşları olmuşdur. Urolitiazlı xəstələrdə sidik axarlarının yığılmasının ilkin tezliyi müəyyənləşdirildikdən sonra elektromioqrafiyadan istifadə edilməklə obstruksiya olan tərəfdə orijinal metod üzrə elektroimpuls stimulyasiyası aparılmışdır. Tədqiqat zamanı sidik axarlarının peristaltik aktivliyi tədqiq edilmişdir. Xəstələr bu proseduru yaxşı keçirmişlər; hemodinamik göstəriciləri dəyişikliyə uğramayıb. Beləliklə, böyrək ləyənlərinin və pielouretral seqmentin peysmeyker zonalarının translyumbal elektroimpuls stimulyasiyası onların peristaltik aktivliyinə təsir göstərən effektiv metoddur və bu metoddan ureterolitiazlı xəstələrin müalicə kompleksində istifadə edilə bilər.

Downloads

Download data is not yet available.

Опубликован

2022-12-15

How to Cite

Kolupayev , S., Lesovoy V.N., V., Andonyeva , N., Tovajnyanskaya , O., Heletka , O. ., Chernyak , . M., & Qargin , V. . (2022). TRANSLYUMBAL ELEKTROİMPULS STİMULYASİYASININ URETEROLİTİAZLI PASİYENTLƏRDƏ SİDİK AXARLARININ PERİSTALTİK AKTİVLİYİNƏ TƏSİRİ . Azərbaycan Tibb Jurnalı, (4), 94–99. https://doi.org/10.34921/amj.2022.4.015

Выпуск

Раздел

KLİNİK TƏDQİQATLAR