COVID-19 XƏSTƏLİYİNİN KOMPLEKS MÜALİCƏSİNDƏ HEMOSTAZIN KORREKSİYASI MƏQSƏDİLƏ FOTOHEMOTERAPİYANIN TƏTBİQİ
DOI
https://doi.org/10.34921/amj.2022.4.013Açar sözlər
fotohemoterapiya, hemostaz, protrombin müddəti, protrombin indeksi, fibrinogenXülasə
Məqalədə SARS-CoV-2 koronavirusunun törətdiyi COVID-19 xəstəliyinin kompleks müalicəsində hemostazın korreksiyası üçün fotohemoterapiyadan (qanın UB şüalandırılması) istifadənin səmərəsini öyrənmək məqsədilə aparılan elmi araşdırma haqqında məlumat verilir. Araşdırmaya COVID-19 diaqnozu qoyulmuş 21 xəstə daxil edilmişdir. Xəstələr iki qrupa bölünmüşdür: əsas qrup (11 xəstə), qanın ultrabənövşəyi şüalandırılmasını əsas müalicə ilə birlikdə alanlar və yalnız ümumi qəbul olunmuş əsas müalicə alanlar – kontrol qrupu (10 xəstə). Hemostaz sisteminin parametrlərinin stabilləşmə dinamikası, qanın turşu-qələvi müvazinətinin normallaşması və eritrositlərdə hemoqlobinin maksimum saturasiyası göstəriciləri kontrol qrupunda olan xəstələrin müvafiq göstəriciləri ilə müqayisəli dəyərləndirilmişdir. Müəyyən edilmişdir ki, COVID-19 xəstələrinin qanının venadaxili UB şüalandırılması ilə kombinasiyada əsas müalicə almış xəstələrdə yuxarıda göstərilən sistemlərin vəziyyəti yaxşılaşmaqla yanaşı, hər 2 ağciyərin KT müayinəsində sağalma və ağız-udlaq, burun-udlaq yaxmalarında mənfi PCR nəticələri kontrol qrupunun xəstələrinə nisbətən 5-6 gün əvvəl başlanması ilə nəticələnmişdir. Əsas qrup xəstələrin həyati vacib funksiyaları normallaşdıqdan, ağciyərlərin KT müayinəsində xəstəlik əlamətlərinin aradan qalxmasından və klinik-laborator göstəricilərin yaxşılaşmasından sonra kontrol qrupunda olan xəstələrdən 5-6 gün əvvəl evə yazıla bilər.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2022 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


