DİSSİRKULYATOR ENSEFALOPATİYALI XƏSTƏLƏRİN AMBULATOR TİBBİ REABİLİTASİYASI ZAMANI FİZİKİ MÜALİCƏ AMİLLƏRİNİN İSTİFADƏ EDİLMƏSİNİN EFFEKTİVLİYİ

Müəlliflər

  • L.А. Pyatiqorsk Elmi-Tədqiqat Kurortologiya İnstitutu Federal Tibbi-Bioloji Agentliyinin Şimali Qafqaz Federal Elmi-Klinik Mərkəzinin Bərpaedici nevrologiya şöbəsi,
  • D.İ. Velikanov Pyatiqorsk Elmi-Tədqiqat Kurortologiya İnstitutu Federal Tibbi-Bioloji Agentliyinin Şimali Qafqaz Federal Elmi-Klinik Mərkəzinin Bərpaedici nevrologiya şöbəsi
  • A.S. Tsoqoyev Şimali Qafqaz Dövlət Tibb Akademiyasının Nevrologiya, neyrocərrahlıq və tibbi reabilitasiya ilə birgə psixiatriya kafedrası
  • A.А. Serebryakov Krasnodar Şəhər 1 №-li Klinik Xəstəxana
  • Yu.V. Bobrik S.İ.Vernadski adına Krım Federal Universitetinin Fiziki tərbiyə kursu ilə birgə Müalicə bədən tərbiyəsi, idman təbabəti və fizioterapiya kafedrası
  • İ.İ. Qaydamaka Stavropol Tibb Universiteti Diplomdansonrakı Təhsil İnstitutunun Manual terapiya
  • А.А. Stolyarov Stavropol Tibb Universiteti Diplomdansonrakı Təhsil İnstitutunun Manual terapiya

DOI

https://doi.org/10.34921/amj.2021.4.025

Açar sözlər

dissirkulyator ensefalopatiya, tibbi reabilitasiya, yod-brom vannaları, dərin ossillyasiya üsulu

Xülasə

Məqalədə dissirkulyator ensefalopatiyalı xəstələrin fiziki müalicə amilləri vasitəsilə müalicəsinin ambulator mərhələsində tibbi reabilitasiyanın effektivliyini aydınlaşdırmaq məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. I mərhələdə dissirkulyator ensefalopatiyası olan 90 xəstə üzərində müşahidə aparılmış, xəstələr 3 qrupa bölünmüşdür: 1) kontrol qrupda xəstələr standart farmakoterapiya (xolin-alfosserat, asetilkarnitin) almışlar; 2) müayisə qrupuna daxil edilmiş xəstələrə əlavə olaraq yod-brom vannası təyin edilmişdir; 3) əsas qrupda isə xəstələrə müqayisə qrupundakı müalicədən başqa, dəyişən impulslu aşağıtezlikli və yüksəktezlikli elektrostatik sahənin təsiri təyin edilmişdir (dərin ossilyasiya və ya “Xivamat-terapiya” metodu. Müalicənin effektivliyi neyropsixoloji göstəricilərin, beyin hemodinamikasının, lipid mübadiləsinin və həyat keyfiyyəti əlamətlərinin müşahidə edilməsi əsasında qiymətləndirilmişdir. Reabilitasiyaedici müalicənin yaxın və uzaq dövrlərində əldə edilmiş klinik, biokimyəvi və neyrofizioloji göstəricilərin statistik təhlilindən aydın olmuşdur ki, müalicə prosesinə ambulator (3- cü mərhələ) tibbi reabilitasiya üsulunun əlavə edilməsi orqanizmin pozulmuş funksiyasının – psixoemosional statusun, koqnitiv funksiyanın, beyində qan cərəyanının, lipid mübadiləsi göstəricilərinin yaxşılaşmasına şərait yaradır və bunun nəticəsində xəstələrin həyat keyfiyyəti də əhəmiyyətli dəyişikliklərə uğrayır

Downloads

Download data is not yet available.

Yayımlanıb

2022-03-04

Necə istinad edilir

L.А., Velikanov, D., Tsoqoyev, A., Serebryakov, A., Bobrik, Y., Qaydamaka, İ.İ., & Stolyarov А. (2022). DİSSİRKULYATOR ENSEFALOPATİYALI XƏSTƏLƏRİN AMBULATOR TİBBİ REABİLİTASİYASI ZAMANI FİZİKİ MÜALİCƏ AMİLLƏRİNİN İSTİFADƏ EDİLMƏSİNİN EFFEKTİVLİYİ. Azərbaycan Tibb Jurnalı, (4), 177–185. https://doi.org/10.34921/amj.2021.4.025

Nömrə

Bölmə

GİGİYENA, EPİDEMİOLOGİYA VƏ SƏHİYYƏ TƏŞKİLİ