DAMAR MƏNŞƏLİ DEMENSİYASI VƏ ALSHEYMER XƏSTƏLİYİ OLAN ŞƏXSLƏRƏ QULLUQ EDƏNLƏRİN PSİXOSOSİAL DEZADAPTASİYASI, HƏYAT KEYFİYYƏTİ VƏ SOSİAL FƏALİYYƏTİ

Müəlliflər

  • R.İ. İsakov Poltava Dövlət Universitetinin
  • V.V. Borisenko Poltava Dövlət Universitetinin
  • O.A. Kazakov Poltava Dövlət Universitetinin
  • P.V. Kidon Poltava Dövlət Universitetinin
  • Yu.O. Fisun Poltava Dövlət Universitetinin
  • K.V. Qrin Poltava Dövlət Universitetinin
  • L.O. Herasimenko Poltava Dövlət Universitetinin

DOI

https://doi.org/10.34921/amj.2022.4.010

Açar sözlər

psixososial dezadaptasiya, həyat keyfiyyəti, damar mənşəli demensiya, Alsheymer xəstəliyi

Xülasə

Məqalədə damar demensiyası və Alsheymer xəstəliyi olanlara qulluq edən şəxslərin psixososial desadaptasiyası, həyat keyfiyyəti və ictimai fəaliyyətinin öyrənilməsindən alınmış nəticələr şərh edilmişdir. Tədqiqata adı çəkilən xəstəliklərdən əziyyət çəkən şəxslərə qulluqla məşğul olan 103 nəfər cəlb edilmişdir. Qulluq edən şəxslərin himayəsində olan xəstələr xəstəliklərin Beynəlxalq Təsnifatının 10-cu versiyası üzrə F00-F01 diaqnozu qoyulmuş, psixiatrın dispanser müşahidəsində olan şəxslər olmuşdur. Damar demensiyası və Alsheymer xəstəlikləri olan xəstələrə qulluq edən şəxslərin şikayətlərinin ətraflı öyrənilməsi və statistik analizi əsasında onların fəaliyyətinin müxtəlif sahələri üzrə aşkar edilmiş funksional problemlərin ümumi “bankı” tərtib edilmiş, sonra isə bu funksional pozuntuların əks edildiyi ən mühüm dezadaptasiya istiqamətləri ayırd edilmişdir. Tədqiqat nəticəsində aydınlaşdırılmışdır ki, müvafiq xəstələrə qulluq edən şəxslərin həyat keyfiyyətinin pisləşməsində əsas rolu psixososial dezadaptasiya oynayır. Onların öz işlərindən həzz almaması fəaliyyətlərinin çətinliyinin əsasını təşkil edir.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2022-12-15

Necə istinad edilir

İsakov , R., Borisenko, . V., Kazakov , O., Kidon , P., Fisun , Y., Qrin , K., & Herasimenko, . L. (2022). DAMAR MƏNŞƏLİ DEMENSİYASI VƏ ALSHEYMER XƏSTƏLİYİ OLAN ŞƏXSLƏRƏ QULLUQ EDƏNLƏRİN PSİXOSOSİAL DEZADAPTASİYASI, HƏYAT KEYFİYYƏTİ VƏ SOSİAL FƏALİYYƏTİ . Azərbaycan Tibb Jurnalı, (4), 60–66. https://doi.org/10.34921/amj.2022.4.010

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR