AŞAĞI ƏTRAFIN UZUN BORULU SÜMÜKLƏRİNİN ODLU SİLAHLA YARALANMA NƏTİCƏSİNDƏ TÖRƏNƏN SINIQLARINA ERKƏN CƏRRAHİ MÜDAXİLƏNİN NƏTİCƏLƏRİ

Авторы

  • А.А. Cəfərov Azərbaycan Tibb Universitetinin
  • Ə.G. Həmidov Modern Hospital
  • C.Ə. Nəsirli Azərbaycan Tibb Universitetinin Travmatologiya
  • M.R. Yusifov Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu
  • F.Ə. Əyyubov Azərbaycan Tibb Universitetinin Travmatologiya
  • A.Ş. Məmmədov Azərbaycan Tibb Universitetinin Travmatologiya

DOI:

https://doi.org/10.34921/amj.2022.4.006

Ключевые слова:

odlu silah yaralanması, qamış sümüyü sınığı, bud sümüyü sınığı, təktərəfli xarici fiksator, İlizarov xarici fiksator aparatı

Аннотация

Məqalədə aşağı ətrafların uzun borulu sümüklərinin odlu silahla yaralanmaları nəticəsində yaranan açıq sınıqlara erkən cərrahi müdaxilədən sonra yara nahiyəsində törənən dəyişiklikləri, sağalma prosessinin gedişini və baş vermiş ağırlaşmaları araşdırmaq məqsədilə aparılmış tədqiqat haqqında məlumat verilmişdir. Tədqiqata II Qarabağ müharibəsi zamanı 28 sentyabr-14 noyabr 2020-ci il tarixlərində cəbhəyanı N saylı xətəxanada bud və baldır sümüklərinin odlu silah yaralanmaları nəticəsində əmələ gələn açıq sınığa görə cərrahi müalicə edilən yaşı 19 yaşdan 42-yə qədər olan 66 xəstənin (78 sınıqdan 40-ı bud və 38-i qamış sümüyü) məlumatları retrospektiv olaraq təhlil edilmişdir. Əməliyyat stolunda yara nahiyəsinin təkrarən debridement üsulu ilə təmizlənməsindən sonra sınıq fraqmentləri eyni ətrafın oxu nəzərə alınmaqla repozisiya edilmiş, təktərəfli xarici fiksator (13 ədəd) və İlizarov xarici fiksator aparatı ilə (65 ədəd) osteosintez əməliyyatı həyat keçirilmişdir. Fiksatorlar sınıq xəttində kifayət qədər konsolidasiya yaranan və ya tam bitişmə baş verən 38 xəstədə (48,7%) əməliyyatdan sonra 6-cı aya qədər çıxarılmışdır. 31 xəstədə (39,7%) isə sınığın bitişməsində gecikmə müşahidə edilmiş və xarici fiksatorlar 7-12 ay ərzində çıxarılmışdır. Ümumilikdə bütün xəstələrin 88,5%-də 12 ay ərzində tam bitişmə müşahidə edilmiş və yüksək nəticə əldə edilmişdir. 2 xəstədə amputasiya və 1 xəstədə xronik osteomielit ilə nəticələnən ağırlaşmalar qeydə alınmışdır. Tədqiqatda yüksək sağalma faizinin əldə olunması, amputasiya sayının minimal olması, infeksiya faizinin aşağı olması bir daha sübuta yetirmişdir.

Downloads

Download data is not yet available.

Опубликован

2022-12-15

How to Cite

Cəfərov А., Həmidov, . Ə.G. ., Nəsirli , C., Yusifov, . M., Əyyubov, . F., & Məmmədov , A. (2022). AŞAĞI ƏTRAFIN UZUN BORULU SÜMÜKLƏRİNİN ODLU SİLAHLA YARALANMA NƏTİCƏSİNDƏ TÖRƏNƏN SINIQLARINA ERKƏN CƏRRAHİ MÜDAXİLƏNİN NƏTİCƏLƏRİ. Azərbaycan Tibb Jurnalı, (4), 34–42. https://doi.org/10.34921/amj.2022.4.006

Выпуск

Раздел

KLİNİK TƏDQİQATLAR