LİPOSAKSİYA ƏMƏLİYYATINDAN SONRAKI YUMŞAQ TOXUMA DEFEKTLƏRİNİN KÖK HÜCEYRƏ KÖÇÜRÜLMƏSİ İLƏ PROFİLAKTİKASI

Авторы

  • G.R. Bayramlı Azərbaycan Tibb Universitetinin

DOI:

https://doi.org/10.34921/amj.2022.4.004

Ключевые слова:

liposaksiya, kök hüceyrə, lipofilinq

Аннотация

Məqalədə liposaksiyadan sonra yarana biləcək ağırlaşmaları, xüsusən yumşaq toxuma defektlərini kök hüceyrə tətbiqi ilə aradan qaldırmaqla estetik nəticələrin yaxşılaşma səviyyəsini öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. 70 xəstə üzərində qarnın ön divarının liposaksiyası ilə bərabər, dəridə nahamarlıqların qarşısının alınması üçün autoloji piy transplantasiyası həyata keçirilib. Xəstələr 2 qrupa bölünüb. 1-ci qrupda (30 pasiyent) liposaksiya bitdikdən sonra piy olduğu kimi, 2-ci qrupda (40 pasiyent) isə kök hüceyrələrlə zənginləşdirilmiş formada dərialtı toxumaya daxil edilərək paylanılıb. Xəstələrdə 6 ay ərzində müşahidə aparılıb, nəticələr 3 ballıq şkala ilə qiymətləndirilib. Autolipofilinqlə müqayisədə kök hüceyrə ilə lipofilinq zamanı seromaların həcmi azalmış və onlara daha az xəstələrdə rast gəlinmişdir. Dərialtı piy toxumasında fibroz atmalar azalmış, nəticə etibarilə yumşaq toxuma defektləri daha az və zəif dərəcədə formalaşmışdır. Kollagen və elastin lifləri 2-ci qrupda daha da artmışdır, bu, dərinin yumşaqlığının və elastikliyinin daha çox bərpa olunmasına şərait yaradır. Damar proliferasiyasının artması dərinin qidalanmasını yaxşılaşdırmışdır. 2-ci qrupda yumşaq toxuma defektləri və korreksiyalara ehtiyac 1-ci qrupa nisbətən əhəmiyyətli dərəcədə azalmışdır. Bu araşdırma göstərdi ki, kök hüceyrələrlə zənginləşdirilmiş autoloji piy toxumasının köçürülməsi müsbət klinik effekt verir, xəstə məmnunluğu dərəcəsini artırır.

Downloads

Download data is not yet available.

Опубликован

2022-12-15

How to Cite

Bayramlı , G. (2022). LİPOSAKSİYA ƏMƏLİYYATINDAN SONRAKI YUMŞAQ TOXUMA DEFEKTLƏRİNİN KÖK HÜCEYRƏ KÖÇÜRÜLMƏSİ İLƏ PROFİLAKTİKASI. Azərbaycan Tibb Jurnalı, (4), 24–28. https://doi.org/10.34921/amj.2022.4.004

Выпуск

Раздел

KLİNİK TƏDQİQATLAR