PERİTONİTLƏRİN RASİONAL MÜALİCƏSİNƏ KOMPLEKS YANAŞMA STRATEGİYASININ KLİNİK ƏHƏMİYYƏTİ

Авторы

  • İ.Ə. Abdullayev Naxçıvan Dövlət Universiteti; “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi”

DOI:

https://doi.org/10.34921/amj.2022.4.001

Ключевые слова:

yayılmış peritonit, kompartmentalizasiya sindromu, ozonoterapiya, immunoterapiya

Аннотация

Məqalədə yayılmış peritonit (YP) diaqnozu ilə cərrahi müdaxilə keçirmiş 525 xəstənin müalicəsinin nəticələri təhlil edilmişdir. YP nin ağırlıq dərəcəsi Manheymin peritenoal indeksi (MPİ) ilə qiymətləndirilmişdir. Müqayisə qrupuna (birinci qrupa) 337 xəstə daxil edilmişdir. Bu xəstələrdə ümumən qəbul edilmiş kompleks konservativ terapiya aparılmışdır. Əsas qrup (188 xəstə) iki yarımqrupa bölünmüşdür. Birinci yarımqrupa daxil olan 84 xəstədə əməliyyatdan qabaq və əməliyyatdan sonrakı dövrdə əlavə olaraq ümumi-venadaxili və yerli – peritondaxili olmaqla ozonoterapiya (OT) və ozonlaşdırılmış perftorandan (OP) istifadə edilmişdir. Əsas qrupun ikinci yarımqrupunda 104 xəstədə ümumi və yerli ozonoterapiya (OT) və OP müalicə kompleksinə əlavə olaraq metabolik immunomodulyator və detoksikator qlutoksim (Qt) də əlavə edilmişdir. Bütün xəstələrdə əməliyyatdan qabaq və əməliyyatdan sonrakı dövrdə qanda immunitet göstəriciləri (CD3+, CD4+, CD8+, CD4+/CD8+, CD19+, Ig A, M, G, Fİ, DİK), lipidlərin peroksidləçməsi məhsulları (DК, MDA, КАТ), OMP, qalıq azot, kreatinin, karbamid, ümumi zülal, albumin və elektrolitlər, həmçinin ALT,AST,QF və ümumi bilirubin təyin edilmişdir. Hər iki qrupda dinamikada əməliyyatdan qabaq və əməliyyatdan sonrakı 3 və 5-ci sutkalarda TNFα, İL-4 и İL-8 təyin edilmişdir. Ümumiyyətlə hər iki qrupda əməliyyatdan qabaq immunutetin hüceyrə və humoral səviyyəsində, həmçinin iltihabtörədici və iltihab əleyhinə təsir göstərən sitokinlərin səviyyəsində YP-nin ağırlıq dərəcəsindən asılı olan dəyişikliklər aşkar edilir. Əldə olunan nəticələr YP rasional müalicəsinə kompleks yanaşma strategiyasının yüksək klinik effektliliyini göstərir.

Downloads

Download data is not yet available.

Опубликован

2022-12-15

How to Cite

Abdullayev, . İ.Ə. . (2022). PERİTONİTLƏRİN RASİONAL MÜALİCƏSİNƏ KOMPLEKS YANAŞMA STRATEGİYASININ KLİNİK ƏHƏMİYYƏTİ. Azərbaycan Tibb Jurnalı, (4), 5–10. https://doi.org/10.34921/amj.2022.4.001

Выпуск

Раздел

KLİNİK TƏDQİQATLAR