KRON XƏSTƏLİYİNİN AĞIRLAŞMALARI OLAN UŞAQLARDA CƏRRAHİ MÜALİCƏ TAKTİKASININ ALQORİTMİ

Авторы

  • M.U. İsmayılov Azərbaycan Tibb Universitetinin

DOI:

https://doi.org/10.34921/amj.2023.1.026

Ключевые слова:

Kron xəstəliyi (KX), laparoskopiya, çapıq stenoz, ileosekal rezeksiya

Аннотация

Məqalədə Kron xəstəliyinin (KX) cərrahi müalicəsinin nəticələrinin retrospektiv analizi təhlil edilmişdir. Əməliyyatlar ənənəvi “açıq” və miniinvaziv yüksək texnologiyalı laparoskopik üsulla həyata keçirilmişdir. Tədqiqata 102 (4-17 yaş) xəstə daxil edilmişdir (laparoskopik əməliyyat edilmiş 66, açıq üsulla operasiya olunmuş 36 xəstə). Aparılan əməliyyatlar zamanı ölüm qeydə alınmamışdır. Laparoskopik əməliyyatlar zamanı cəmi 4 (6,1%) xəstədə təkrari müdaxilə tələb edən ağırlaşma baş vermişdir. Qarındaxili absesə 1 xəstədə rast gəlinmişdir. Laparoskopik üsulla aradan qaldırılan nazik-yoğun bağırsaq anastamozunun yarıtmazlığı (1 xəstə) və bağırsağın təkrari rezeksiyası və endirilməsi icra edilmiş aşağı kolorektal anastomozun stenozuna bir dəfə rast gəlштmişdir. 1 nəfərdə isə bitişmə mənşəli keçməzlik yaranmışdır. Açıq əmliyytlar zamanı isə 7 (19,4 %) xəstədə təkrari müdaxiləyə ehtiyac yaranmışdır. Laparoskopiya zamanı 2 (3,03%), açıq əməliyyatlar zamanı 5 (13,9%) xəstəyə qan köçürülmüşdür. Mədə-bağırsaq traktının müxtəlif hissələrinin zədələnməsinə səbəb olan Kron xəstəliyi nazik və yoğun bağırsağın laparoskopik rezeksiyasının aparılması üçün məhdudiyyət və ya əks-göstəriş deyil və əksinə, bizim fikrimizcə, laparotomiyadan istifadə edilməklə aparılan əməliyyatlardan üstün olub, nəticələri və ağırlaşmaları minimuma endirməyə imkan verən perspektivli bir texnologiyadır. Tədqiqat göstərmişdir ki, açıq üsulla müqayisədə laparoskopik texnologiyanın tətbiqi uşaq koloproktologiya praktikasında – xüsusən Kron xəstəliyinin ağırlaşmalarının aradan qaldırılmasında – ən effektiv vasitələrdən biri hesab edilir, çox gözəl funksional və kosmetik effekt almağa imkan verməklə bərabər, uşaq koloproktologiyasında yeni istiqamət sayılır.

Downloads

Download data is not yet available.

Опубликован

2023-03-15

How to Cite

İsmayılov, M. (2023). KRON XƏSTƏLİYİNİN AĞIRLAŞMALARI OLAN UŞAQLARDA CƏRRAHİ MÜALİCƏ TAKTİKASININ ALQORİTMİ. Azərbaycan Tibb Jurnalı, (1), 159–163. https://doi.org/10.34921/amj.2023.1.026

Выпуск

Раздел

PRAKTİK HƏKİMƏ KÖMƏK