KƏLLƏ İNDEKSİ FƏRQLİ OLAN İNSANLARDA ÜZ KANALININ LABİRİNT SEQMENTİNİN MORFOMETRİK PARAMETRLƏRİ
Açar sözlər
labirint seqment, üz kanalı, kəllə indeksiXülasə
Məqalədə kompyuter tomoqramlarının təhlili əsasında müxtəlif yaşlarda üz kanalının labirint seqmentinin morfometriyasının: uzunluğunun və diametrinin kəllənin müxtəlif formalarından (en indeksinə görə) asılılığının öyrənilməsi məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqatda Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Radiologiya şöbəsinin və Şüa diaqnostikası və terapiyası kafedrasının arxivindən götürülmüş 133 tomoqramdan istifadə edilmişdir. Material yaş qruplarına bölünmüşdür: I qrup (7-12 yaş), II qrup (13-16 yaş), III qrup (17-21 yaş), IV qrup (22-35 yaş), V qrup (36-60 yaş) və VI qrup (61-74 yaş). Əldə edilən məlumatlar göstərdi ki, labirint seqmentinin uzunluğu mezokranlara (orta kəllə) nisbətən braxiokranlarda (enli kəllə) daha uzun, dolixokranlardan isə (uzun kəllə) kiçik olmuşdur. Ən böyük fərq əsasən solda müşahidə edilmişdir. Yaş qruplarını müqayisə etdikdə məlum olmuşdur ki, labirint seqmentinin uzunluğu I-III yaş qruplarında daha uzun, VI qrupda isə (61 yaşdan yuxarı) azdır. Tədqiqat işində daxili qulaq keçəcəyinin və labirint seqmentin diametri ölçülmüşdür. Qeyd etmək lazımdır ki, daxili qulaq keçəcəyinin üz kanalının girəcəyinə yaxın hissəsinin diametrinə nisbətdə labirint seqmentin diametri kəskin şəkildə azalmışdır. Eyni zamanda, bütün tədqiq edilən qruplarda həm sağda, həm solda kəllə formasından asılı olmayaraq labirint seqmentinin daralması müşahidə edilmişdir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2023 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


