SİNİR SİSTEMİNİN TİPİNƏ GÖRƏ FƏRQLƏNƏN MÜXTƏLİF YAŞLI SİÇOVULLARIN BƏZİ BEYİN STRUKTURLARINDA ORTAMOLEKULLU PEPTİDLƏRİN MİQDARI

Авторы

  • S.A. İbrahimova Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu

DOI:

https://doi.org/10.34921/amj.2023.1.023

Ключевые слова:

hissi-hərəki qabıq, hipotalamus, ortamolekullu peptidlər

Аннотация

Məqalədə sinir sisteminin tipinə görə fərqlənən müxtəlif yaşlı siçovulların bəzi beyin strukturlarında ortamolekullu peptidlərin (OMP) miqdarına zülallı və zülalsız qidaların təsirini öyrənmək məqsədilə aparılmış tədqiqat işinin nəticələri verilmişdir. Heyvanlar stresədavamlı və stresədavamsız qruplara bölünmüşlər. Hər qrupdan kontrol götürülərək vivarium şəraitində saxlanılmış, təcrübə heyvanları isə iki yarımqrupa ayrılmış və xüsusi reseptlə 10, 20 və 30 sutka ərzində yemləndirilmişdir. Birinci yarımqrupda reseptin tərkibi tam saxlanılmış (zülallı qida fonu), ikinci yarımqrupda isə reseptin tərkibindən kazein çıxarılmışdır (zülalsız qida fonu). Qidalanmanın göstərilən müddətlərinin sonunda kontrol və təcrübə siçovullarının sol və sağ yarımkürələrinin simmetrik hissi-hərəki qabıq nahiyəsi və hipotalamusun toxuma homogenatında OMP-nin miqdarı təyin edilmişdir. Müəyyən edilmişdir ki, 3-aylıq heyvanların sol və sağ yarımkürələrinin hissi-hərəki qabıqlarında və hipotalamusunda hər iki qida fonunda OMP-nin miqdarı artır, 12-aylıq heyvanlarda isə azalır. Eləcə də fərqli qida fonunda 3 və 12 aylıq stresədavamlı və stresədavamsız qrup heyvanların sol və sağ yarımkürələrinin hissi-hərəki qabıqda OMP-nin miqdarında yarımkürələrarası asimmetriya müşahidə edilib.

Downloads

Download data is not yet available.

Опубликован

2023-03-15

How to Cite

İbrahimova, S. (2023). SİNİR SİSTEMİNİN TİPİNƏ GÖRƏ FƏRQLƏNƏN MÜXTƏLİF YAŞLI SİÇOVULLARIN BƏZİ BEYİN STRUKTURLARINDA ORTAMOLEKULLU PEPTİDLƏRİN MİQDARI. Azərbaycan Tibb Jurnalı, (1), 139–144. https://doi.org/10.34921/amj.2023.1.023

Выпуск

Раздел

GİGİYENA, EPİDEMİOLOGİYA VƏ SƏHİYYƏ TƏŞKİLİ