TƏCİLİ KARDİOLOJİ YARDIMA TƏLƏBATIN XÜSUSİYYƏTLƏRİ

Авторы

  • O.R. Quluzadə Azerbaijan State Advanced Training Institute for Doctors named after A.Aliyev

DOI:

https://doi.org/10.34921/amj.2023.1.019

Ключевые слова:

təcili kardioloji yardım, təcili yardıma tələbatın yaş və cins xüsusiyyətləri

Аннотация

Məqalədə şəhər əhalisinin təcili kardioloji yardıma tələbatının səviyyəsini qiymətləndirmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqat işi Sumqayıt şəhər təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının bazasında yerinə yetirilmişdir. Müşahidə vahidi kimi kardioloji briqada tərəfindən yardım göstərilmiş xəstə seçilmişdir. Müşahidə ucdantutma tam təqvim ili (2016) ərzində aparılmışdır. Alınmış məlumatlar keyfiyyət əlamətlərinin statistikası metodları ilə işlənmişdir. Tədqiqatda göstərilmişdir ki, bütün illik çağırışların 0,42%-i 20-24, 0,75%-i 25-29 yaşlarda olan xəstələrin payına düşmüşdür. Yaşın çoxalması ilə mütənasib olaraq müxtəlif yaş qrupları üzrə xəstələrin çağırışlarının ümumi çağırış toplumunda payı artır, artım 55-59 yaşlarda intensivləşir (16,51%). Sonrakı yaşlarda əhalinin kardioloji yardıma tələbatı daha yüksək intensivliklə artır, 80 və yuxarı yaşlarda pik səviyyəsinə (65,33±4,51‰; 95% etibarlılıq intervalı 56,31-74,35‰) çatır. Orta hesabla 1000 nəfər şəhər əhalisinə düşən kardioloji briqadaya tələbatın həcmi 6,71±0,15 çağırış (95% etibarlılıq intervalı 6,39- 7,01‰) təşkil edir. Yekun kimi qeyd edə bilərik ki, kardioloji yardıma tələbatı olan xəstələrin az qismi 40 yaşa qədər (4,81%), əksəriyyəti 50 yaşdan sonra olan (83,88%) pasiyentlərdir. 20 və yuxarı yaşlı əhalinin 1000 nəfərinə təqvim ilində 6,71±0,15 kardioloji profilli təcili yardım üçün çağırış düşür. Yaşdan asılı kardioloji təcili yardıma tələbat geniş intervalda dəyişir, yaxşı aproksimasiya olunan reqressiya tənlikləri ilə təsvir olunur.

Downloads

Download data is not yet available.

Опубликован

2023-03-15

How to Cite

Quluzadə, O. (2023). TƏCİLİ KARDİOLOJİ YARDIMA TƏLƏBATIN XÜSUSİYYƏTLƏRİ. Azərbaycan Tibb Jurnalı, (1), 116–120. https://doi.org/10.34921/amj.2023.1.019

Выпуск

Раздел

GİGİYENA, EPİDEMİOLOGİYA VƏ SƏHİYYƏ TƏŞKİLİ