AĞIZ SUYU VƏZİLƏRİNİN PATOLOGİYALARININ DİAQNOSTİKASINDA USM, KT VƏ MRT MÜAYİNƏ METODLARININ TƏTBİQEDİLMƏ ARDICILLIĞI

Авторы

  • E.M. Sadıqov N.Tusi adına Memorial Klinika
  • Y.T. Əfəndiyev N.Tusi adına Memorial Klinika
  • Ç.R. Rəhimov Azərbaycan Tibb Universitetinin

DOI:

https://doi.org/10.34921/amj.2023.1.017

Ключевые слова:

USM, KT, MRT, ağız suyu vəzi patologiyaları

Аннотация

Məqalədə, müasir radioloji diaqnostika üsullarının köməyi ilə ağız suyu vəzilərinin patologiyaları üçün səciyyəvi olan diaqnostik əlamətləri araşdırmaq, aparılan müayinənin (USM, KT və MRT) nəticələrini bu xəstəliklərə aid olan simptomların diferensial diaqnostikası əsasında qruplaşdırmaq və diaqnostik dəqiqliyini təkmilləşdirmək yolu ilə optimal müayinə ardıcıllığını müəyyənləşdirmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata, 2016-2018-ci illər ərzində boyun nahiyəsində və xüsusilə böyük ağız suyu vəzilərinin lokalizasiyasında yeni yaranmış sabit şişkinliyi olan, həmçinin əvvəllər ağız suyu vəzilərinin patologiyası olmuş (residiv hallar və s.) 100 ambulator xəstə cəlb edilmiş, 2 əsas qrupa (neoplastik və nonneoplastik) və 6 subqrupa bölünərək öyrənilmişdir. Nonneoplastik qrup (n=70) – kəskin və xronik gedişli iltihabi proseslər (n=51), ağız suyu vəzi axarlarında sialolit (daş) olan proseslər (n=8), kistoz xarakterli ocaqlı proseslər (n=9) və digər proseslər (n=2) olmaqla, 4 subqrupa; neoplastik qrup isə (n=30) – xoşxassəli (n=22) və bədxassəli (n=8) şiş prosesləri olmaqla, 2 subqrupa bölünərək öyrənildi. Tədqiqat işində USM, KT və MRT müayinə üsullarından və bu üsulların müxtəlif rejimlərindən istifadə edilmişdir. Tədqiqat göstərmişdir ki, ağız suyu vəzilərinin patologiyaları zamanı USM rutin müayinə üsulu kimi erkən mərhələlərdə, həmçinin postoperasion dövrdə dinamik müşahidə zamanı faydalı ola bilər. KT müayinəsindən, yaxın sümüklərdə baş verən destruksiyaların və vəzidaxili və ya şişdaxili kalsifikasiyaların müəyyənləşdirilməsi üçün istifadə edilə bilər. MRT isə vəzidaxili ödemin və morfoloji dəyişikliklərin diferensiasiyası, üz sinirinin və onun şişə münasibətinin müəyyənləşdirilməsi, prosesin xoşxassəli və ya bədxassəli olmasının aydınlaşdırılması zamanı daha böyük əhəmiyyətə malikdir.

Downloads

Download data is not yet available.

Опубликован

2023-03-15

How to Cite

Sadıqov, E., Əfəndiyev, Y., & Rəhimov, Ç.R. (2023). AĞIZ SUYU VƏZİLƏRİNİN PATOLOGİYALARININ DİAQNOSTİKASINDA USM, KT VƏ MRT MÜAYİNƏ METODLARININ TƏTBİQEDİLMƏ ARDICILLIĞI. Azərbaycan Tibb Jurnalı, (1), 103–109. https://doi.org/10.34921/amj.2023.1.017

Выпуск

Раздел

KLİNİK TƏDQİQATLAR